Klublarımızın avrokubok həyəcanı demək olar ki, sona çatdı.
Son illərin ənənəsi davam edir. Dörd komanda ilə başlanıldı, üçü yarıyolda büdrədi. Qısa yolçuluğun, tək komanda ilə davamın obyektiv/subyektiv səbəbləri var.
Komandaların çıxışları barədə çox yazılıb, çox danışılıb, müzakirələr aparılıb. Azərbaycan futbolu adına məsələyə fərqli aspektdən yanaşaraq, strateji olaraq ən böyük problemlərdən birinin nədən ibarət olduğunun göstərilməsidir.
Yerli futbolçu potensialı adına klublarda çıxış edən və nisbətən Avropa futboluna yaxın olan, öz oyunları ilə diqqəti çəkən oyunçulara nəzər yetirək. Milliləşdirilmiş və yaşı çox olan futbolçuların üzərində dayanmayaq.
Ölkə futbolunun məhsulu olan və gəlmələrdən, legionerlərdən geri qalmayan, özlərini göstərməyi bacaran, qazanılan qələbələrdə önəmli pay sahibi olan oyunçularımız yox deyil.
Təəssüf ki, onların sayı çox deyil.
Bəhlul Mustafazadə
fiziki/funksional/taktiki/psixoloji hazırlıqda, fərdi oyun planında, düşüncədə, sürətdə çox artırıb. Qol epizodunda müdafiəçinin etdiyi fədakarlığı, oyunu oxumasını, liderlik keyfiyyətlərini Medina, Matias, Sofian etsəydi, dillər əzbəri olardı.
Avrokuboklarda ən çox artıran futbolçu
Amin Seydiyev
oldu. Əzmkarlıq, döyüşkənliklə yanaşı ustalığının, taktiki savadının artması ilə komandasının liderlərindən birinə çevrildi. Əgər haqsızlıqla üzləşməsə, belə davam etsə, millinin qapısını çoxdan döyüb və start heyətində yerini təmin edib.
Toral Bayramov
müxtəlif mövqelərdə çıxış etməklə geridönüş edir, universal futbolçuya çevrilir. İstedadı daha üst səviyyədə oynamağa imkan verir. Komanda üçün psixoloji çətin anda penalti zərbəsi məsuliyyətini öz üzərinə götürməsi, liderlik keyfiyyətlərinin, özünəinamın artması deməkdir. Artan trayektoriya ilə sabit çıxışını davam etməlidir.
Elvin Cəfərquliyev
öz cinahının "motor"una çevrilib. Tükənməz gücünü, enerjisini komanda oyunu ilə uzlaşdıranda, heyətin əvəzolunmaz simalarından birinə çevrilir. Qeyd olunan futbolçularla birgə, artıq yığmanın aparıcı üzvlərinə çevriləcəklər. Önəmli olan, arxayınlaşmamaları, öz üzərlərində daimi çalışmalarıdır.
Yusif İmanov
böyük vədlər verir. Təcrübəsizliyi özünü göstərsə də, mövqeyində yaxın gələcəyin bir nömrəsinə çevrilə bilər. Potensial yetərincədir. Oyundan qopmamalı, tez düşünməli, müdafiəni idarə etməyi bacarmalı,
Avropa futbolu tələblərinə yaxınlaşmalı, cavab verməlidir.
Azərbaycan futbolu məktəbinin digər gənc yetirmələri də matçlarda şans qazandılar. Bəziləri bacardıqları qədər çalışqanlıqları ilə seçildilər, digərləri beynəlxalq səviyyəyə uyğun gəlmədiklərini göstərdilər, bir neçəsi isə, ümumiyyətlə, hansı klub(lar)da olduqlarını dərk etmədilər.
Psixoloji olaraq adların çəkilməsinin tərəfdarı deyiləm. Əsas heyətdə, sonradan meydana çıxmış gənc futbolçular düşünməli, məsuliyyətlərini dərk etməli, yaradılan şansdan istifadə etməyi bacarmalıdırlar. Əks halda, onlara olan inam günü-gündən azalacaq.
19 yaşlı
Nəriman Axunzadə
də qeyd edilməlidir. Belə oyunlarda təcrübə toplaya-toplaya püxtələşməli, bu mövsümdən özünü göstərməlidir. Təəssüf ki, digər 19 yaşlı
Ağadadaş Salyanskini
meydanda görə bilmədik. Mərhələnin həll olunduğu görüşdə, Boqomolskidənsə, gənc hücumçumuzun potensialını görmək daha faydalı olardı.
Lənkəran, Qəbələ, Sumqayıt, İmişli futbol məktəbinin yetirmələri az sayda olsa da, indiki klublarının heyətində özlərini göstərməyi bacarırlar. Nə yazıq ki, ümumi, bölgə futbolunun məhvi ilə istedadların qarşısı alındı. Hər zaman ölkəni futbolçularla təmin etmiş Gəncə, Tovuz təmsilçiləri, indi özləri heyətdə keyfiyyətli yerli potensialdan məhrumdurlar.
Futbol adına illər itirilib, yerli, bacarıqlı futbolçu qıtlığı açıq hiss edilir. 200 min "yetişdirilən" oyunçular da qeybə çəkilib. Bir tərəfdən də dövlətin ayırdığı vəsaitlə son bir-iki aya 100-ə (!) yaxın legioner futbolçu göndərilib/gətirilir. Uşaq futbolu, gələcək mövsümlər yaddan çıxıb/çıxarılıb. Futbolda "şabaş" düşüncəsi yenidən tüğyan edir.
İstənilən komandada, çempionatda SƏVİYYƏLİ legionerlərin olması mütləqdir. Onların yanında gənc istedadlar püxtələşir, inkişaf edir. Avropada maksimum 1-2 mərhələ, daxili yarışlarda ortabab, autsayder klubların kütləvi legionerləşdirilməsinə nə ehtiyac var?!
"Klublar futbolçu yetişdirməlidir" deməklə iş bitmir. Ölkə futbol təsərrüfatında çox ciddi, qətiyyətli addımlar atılmalıdır. 10 yaş(!) qrupu üzrə yarışlar keçirilir, istedadlı futbolçular isə üzə çıxmır. Deməli, təşkilati, strateji planlaşdırma, uşaq-gənclər futboluna yanaşma düzgün deyil.
Təəccüb də doğurmur, federasiya/klublarda cavabdeh marketoloqların "işbirliyinin" nəticəsi olaraq hər mövsüm uşaq futboluna ayrılan milyonlarla vəsait çölə atılır. Uşaq futbolunda çıxış edənlərin, məşqçilərin, valideynlərin imdadı eşidilmir. Ölkə futbolunda qeyd olunan məsələlər kökündən həll edilməlidir.
Nəhayət ki, l, ll liqalar, əvəzedicilərin çempionatı yeni formatda keçiriləcək. Müəyyən narazılıqlar yaransa da, bölgə klublarının sayı artır. İnfrastrukturu olan Lənkəran, Zaqatala və digər futbol şəhərlərimiz öndə olmalıdır. AFFA/PFL-in üzərinə böyük yük düşüb.
İllərdi federasiya şəxsi məqsədlərə xidmət edən 3-5 adama qulluq edib. Bu gün də qarşıdurma, bölüşdürmə, görünən/görünməyən qüvvələr tərəfindən dartışdırılır, mövqe savaşları gedir. Hər itirilən il isə neçə-neçə futbolçu nəslinin, sağlam genefondun məhv olması deməkdir.
AFFA tərəfindən bu günə kimi həyata keçirilən bütün layihələr fiaskoya uğrayıb. Azərbaycanda uşaq-gənclər futbolu ilə bağlı köklü islahatlar aparılmalı, klublarla iş qanun çərçivəsində sərtləşdirilməli, səviyyəsiz legionerlərə ayrılan dövlətin vəsaiti ümumi işin, gələcək futbolun inkişafına, infrastruktura yönləndirilməlidir.
Görünən odur ki, 10-15 il öncə sponsorların üzərinə şığıyanlar, müflis edənlər, bu strategiyanı cızanlar, günümüzdə dövlətin ayırdığı vəsaiti yox edənə kimi futboldan əl çəkməyəcəklər. Qarşısı alınmasa, qətiyyət göstərilməsə, ölkə futbolunun sabahı parlaq görünmür.
Tahir Süleymanov
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib