"Çıxıb açıqlasınlar ki, son on ildə kimin dönəmində "Neftçi"nin büdcəsi nə qədər olub. Demək istəyirlər ki, "Neftçi"nin keçmiş büdcəsi 15, 20, 30, 40, 50 milyon olub, indiki isə cəmi 1-2 milyondur?"
Bu gün mətbuatda "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadənin müsahibəsini oxudum. Bildirir ki, yaxın keçmişdə "Neftçi" Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb və o dönəmlə indikini müqayisə edə bilməzlər. Ta bu uğurlar təkrarlanmayana qədər. Əslində bura qədər hər şey yerində idi. Amma...
Orxan Hüseynzadə dərhal da vurğulayır ki, klubun o vaxtkı (yəni bizim “Neftçi”də çalışdığımız dövrdə) büdcəsi indikindən düz 6 (!) dəfə çox idi. Heyrət etməyə bilmirsən!
Həmin Orxan Hüseynzadənin söz açdığı dönəmdə “Neftçi” ardıcıl ölkə çempionluqları, kuboklar qazanıb, futbol tariximizdə ilk dəfə, Avropa Liqasının qrupuna düşüb. Həmin uğurların bu gün də təkrar olmasını ürəkdən istəyirik. Amma istəyin gerçəkləşməsi üçün iş də görmək lazımdır. 8 komandalı çempionatda 7-ci yerdə gedən komandanın rəhbərliyi özünü bizimlə deyil, ən yaxşı halda Gede vaxtında 8-ci yerlə və həmin dönəmin büdcəsi ilə müqayisə edə bilər. O vaxtda, elə indi də eyni havadarların "xeyir-duası" ilə "Neftçi"ni bu günə qoydular. Yoxsa demək istəyirlər ki, pulları olsaydı, indi Çempionlar Liqasının qrupunda idilər? Gedib, başbilənlərindən soruşsunlar ki, o büdcə ilə niyə 8-ci yerdə idilər.
Futbolu bilmək, işi bacarmaq lazımdır, 7-ci yerdə ola-ola havaya 6 dəfə asqırmaq yox...
Fikirimizi bildiririk, məsləhətlərimizi veririk. İstəyimiz ancaq "Neftçi"nin layiq olduğu yerdə olmasıdır. Bəs, “Neftçi” rəhbərliyində bu nə xofdur, yaranıb? Məqsədləri nədir? Bu mənasız açıqlamalarla elə sponsorlarını hədəfə alırlar. Həmin dönəmdə də, indi də eyni maliyyəçilər "Neftçi"yə nəzarət edirlər. Qoy, çıxıb onlar açıqlasınlar ki, son on ildə kimin dönəmində "Neftçi"nin büdcəsi nə qədər olub. Demək istəyirlər ki, "Neftçi"nin keçmiş büdcəsi 15, 20, 30, 40, 50 milyon olub, indiki isə cəmi 1-2 milyondur? Niyə xalqı aldadırlar? Niyə demirlər ki, Sadıq Sadıqovun “Neftçi”nin prezidenti olduğu dönəmdə klub milyonlar qazanıb və Avroliqanın qrupuna düşdüyü üçün qazanılan milyonlar hansı müddətə "Neftçi"nin hesabına köçürülüb? İndiki rəhbərlik çox əziyyət çəkməsin, gedib elə öz havadarlarından soruşsun, onlar dəqiq cavab verəcəklər.
Biz "Neftçi"yə gəldiyimiz gündən ta sona qədər nə keçmişlə, nə maliyyə ilə bağlı heç bir açıqlama vermədik. Çünki pul yox, uğur qazanmağa gəlmişdik. Şəffaflıqdan danışırlar, bu mövsüm transfer olunan 13-15 (!) legionerin qiymətlərini açıqlasınlar! Və onu da açıqlasınlar ki, bu legionerləri federasiyada əyləşən hansı "menecer"in xətti ilə gətirirlər. AFFA hara, klublara futbolçu gətirmək hara...
"Neftçi"nin istedadlı yetirmələrini didərgin salıb onlarla səviyyəsiz futbolçu transfer ediblər. Hanı bu klubun strategiyası, hanı klubun yeni yetirmələri? Biz heç vaxt çempionluqlar qazanaraq bir mövsümə 14-15 legionerdən istifadə etmədik. Qruplarda 19-21 yaşlı futbolçularımız çıxış edirdi. Ağıllı klub 15 legionerə verilən vəsaitə 5-6 səviyyəli futbolçu transfer edir və onların yanında öz istedadlı yetirmələrini oynadır. Necə ki, bizim dönəmdə belə idi...
İndikilər futbola 5-10 ildi gələn təsadüfi insanlardır. "Neftçi"ni tarixi uğurlara daşımaq üçün futbolun dərinliyini, incəliklərini bilmək lazımdı. Bunlar "Neftçi"ni elə nüfuzdan salıblar ki, rəhbərlərini tribunadan qovurlar.
"Neftçi" və ümumi futbol bizlərindi. İndi o klubun rəhbərliyində toplaşanlar çox cavan və futbolda təsadüfi, təcrübəsiz insanlardır. Və yalnız futbolda naşı adamlar bu cür ehtiyatsız, düşəncəsiz açıqlamaları ilə öz havadarlarını, rəhbərlərini "vura” bilərdilər.
Sonda “Netçi” rəhbərliyinə bir məsləhətim var: sələflərinizin səhvlərini təkrarlamayın! Meydanda məğlub olmağınız təbiidir, futbolu bilmirsiniz, heç olmasa 5-6 ay sizi "Neftçi"yə gətirən havadarlarınızı da məğlub etməyin.
Tahir SÜLEYMANOV
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons