“Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyevin Qol.az saytına müsahibəsi
- Çempionatın sonuna iki tur qalsa da, “Turan Tovuz”un mövsümü 6-cı pillədə bitirəcəyi dəqiqləşib. “Turan Tovuz”un uzun fasilədən sonra Premyer Liqaya qayıdışını nəzərə alsaq, bu yer klub rəhbərliyini qane edir, yoxsa daha yuxarı pillədə qərarlaşmaq mükün idi?
- Bizdə komanda çox çətinliklərlə yığılıb, asan formalaşmayıb. “Turan Tovuz”un 9 ildən sonra Premyer Liqaya qayıdıb mövsümü 6-cı pillədə bitirməsi yaxşı nəticə sayıla bilər. Biz belə düşünürük. Ola bilər ki, azarkeşlərimiz bizdən daha yaxşı nəticələr gözləyirdi. Çünki “Turan Tovuz”un adı, tarixi var. Amma məncə, bu qədər böyük fasilədən sonra Premyer Liqada 6-cı olmaq pis nəticə deyil. Biz qarşıya hansısa yeri tutmaq məqsədi qoymamışdıq. Bizim məqsədimiz o idi ki, komanda bu mövsüm Premyer Liqada yerini qorusun. Çempionatın əvvəlində də məndən bu barədə soruşanda demişdim ki, “Turan Tovuz”un oyununu izləyənlər görəcək ki, komanda çempionata rəng qatır.
- “Turan Tovuz” ardıcıl olaraq 3 güclü rəqibə - “Zirə”, “Neftçi” və “Qəbələ”yə qalib gəldi. Bu, komandanın kubokda mübarizəni dayandırmasından və azarkeşlərinizin istefa şüarlarından sonra oldu. Arıdıcıl qələbələrdə hansı amillərin təsiri ola bilər?
- Heç bir komanda sabit futbol oynamır. Ola bilər ki, bizim də hansısa zəif oyunlarımız olub, azarkeşlərimizi qane etməyib. Amma ümumi götürəndə komanda pis çıxış etmədi. “Turan Tovuz” tarixi ərzində final həyəcanı yaşamamışdı. Əlimizə yaxşı fürsət düşmüşdü. Futbolçuları nə qədər də Premyer Liqa oyununa kökləsən, kubok oyunu beyinlərində idi. Elə biz özümüz də nə qədər istəyirdik ki, Premyer Liqa oyunları ərəfəsində kubok matçını beynimizdən ataq, yenə də ancaq “Neftçi” ilə görüşü düşünürdük. Finalın bir addımlığında olmağımız həmişə beynimizdə idi. Artıq kubokda mübarizəni dayandırandan sonra komanda çempionat oyunlarına kökləndi. “Zirə” ilə oyunda qələbə qazanandan sonra komanda daha rahat oldu. İstefa şüarlarının isə bizim oyunumuza hər hansı bir təsiri olmadı.

- İstefa şüarı yenə olur?
- Bir oyunda oldu. Bilmirəm, nə məsələ idi. Bizim özümüzə də qaranlıq qaldı. “Şamaxı” ilə matçı nəzərdə tuturam. Hesab bərabər idi, oyunun bitməsinə kifayət qədər vaxt qalırdı. Ola bilər ki, həmin oyun kimisə qane etməsin, amma hərdən özümüz də fikirləşirik ki, qarşımıza hansı məqsədi qoymuşduq ki? Hansı məqsədə çata bilməmişik ki, bu gün bununla qane olmayaq? Komanda normal xal toplayıb. Düzdür, azarkeşin haqqıdır, daha yaxşı oyun tələb edə bilər. Amma biz nə tələb edirik, komanda avrokuboka getməli, yoxsa hansısa bir nəticə verməli idi? Bu gün komandanın nəticəsi mənə görə yaxşıdır. Azarkeşlərimiz bizi heç vaxt tək buraxmayıblar. Həm səfərdə, həm də ev oyunlarında bizimlə olublar. Amma “Şamaxı” ilə görüşdəki istefa şüarları bizə də çatmır. Qeyd etdiyim kimi, bu cür şüarların bizim oyunumuza heç bir təsiri olmadı. “Turan Tovuz”un sırf kubok oyunlarına görə çempionatda istənilən nəticə qazanmağa gücü çatmadı
- Hər halda heyətin geniş olmaması da komandanın iki cəbhədə mübarizə aparmasına çətinlik yaradıb.
- Düz qeyd etdiniz, bizim komandanın ehtiyat qüvvəsi yoxdur. Bir futbolçumuz zədələndə onun yeri boş qalır. Yəni bunlar da rol oynayır. Üstəgəl təcrübə məsələsi də var. Gücümüz bura qədər idi. Çox çalışsaq da, final çıxa bilmədik.
Gəlin bizdən yuxarı pillələrdə olan komandalara baxaq. İstər büdcə, istərsə də şərait baxımından bizdən çox üstündürlər. Ona görə də düşünürəm ki, komanda gözlədiyimizdən də yaxşı nəticə qazandı. Amma təbii ki, “Turan Tovuz” azarkeşlərinə final, kuboku qaldırmaq yaraşırdı. Azarkeşlərimizi üzməyimiz də bizə çox təsir edir. Amma olmadı, nə etmək olar. Yaxşı fürstə idi, alınamdı.
- Bu fürsət növbəti mövsümdə də ola bilər. Yeni mövsüm üçün heyət gücləndiriləcək?
- Bu gün Azərbaycanda futbolçu qıtlığı var. Baş məşqçimiz Ayxan Abbasov növbəti mövsümün hazırlıqlarını görür. Dəyişiklik təbii ki, olacaq. Müqaviləsi bitən futbolçularımız var. Qalmaq istəməyən oyunçular ola bilər. Məşqçilər heyətini qane etməyən futbolçular da ola bilər. Dəyişiklik olacaq. Amma nə qədər olacağını indi deyə bilməyəcəm.
- Əcənəbi oyunçu alınacaq?
- Biz əvvəlcə çalışırıq ki, yerli futbolçulara üstünlük verək. Əgər yerli tapa bilməsək, boşluq olarsa, məcbur olursan ki, legioner futbolçu axtarışına çıxasan.

- Bir çox futbolçunun müqaviləsi başa çatır, icarə əsasında oynayanlar da var. Heyəti qorumaq mümkün olacaq?
- Qarşıda iki oyunumuz var. Bu oyunlardan sonra Ayxan müəllim qərarını bildirəcək. Əslində futbolçularımızdan böyük əksəriyyətinin müqaviləsi başa çatır. Məşqçilər heyətini icarəyə götürdüyümüz futbolçular qane edərsə, onların klubları ilə danışacağıq. Bundan sonra bir fikir bildirə bilərik.
- “Turan Tovuz”a yeni sponsor gələndən sonra infrastruktur baxımından müəyyən işlər görüldü. Növbəti yeniliklər gözlənilir?
- Dəyişiklik olacaq. Bu gün bizdə işlər təkcə əsas komanda ilə bağlı görülmür. "Huner Group"un təsisçisi Ehtiram Quliyev komandanın inkişafı üçün uşaq futbolundan tutmuş bütün hər şeyə diqqət edir. Ona görə deyirəm ki, dəyişiklik gözlənilir. Amma hələ müzakirə getdiyinə görə hər hansı fikir bildirə bilmirəm. Qərar veriləndən sonra açıqlama verə bilərik ki, yeniliklər bunlardır. İşlər tək əsas komanda ilə bağlı görülmür. Ona görə də yenilik digər komandalarla bağlı da ola bilər.
Ramiq Ağaməmmədov
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?