“Bizi çox xoş qarşıladıqları üçün gəncəlilərin hər birinə təşəkkür edirəm. Oyuna gəldikdə, heç də asan olmadı. Ümumiyyətlə, burdakı matçlarımız hər zaman gərgin şəraitdə keçir. Hər bir halda xallarımızın üzərinə 1 xal da gəldi".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda səfərdə “Kəpəz”lə oyundan (1:1) sonra deyib.
"Təəssüf ki, bu gün oyunumuzu tam yaxşılaşdıra bilmirik. Bunun üçün şərait də yaxşı olmadır. Qış fasiləsindən sonra biz ilk oyunumuzu günorta saat 2-də süni meydanda keçirmişik. Bu gün yenə saat 2-də meydana çıxdıq. Bu şəraitdə əlbəttə ki, futbolçulardan tam istədiyim oyunu gözləyə bilmərəm. İstənilən halda, “Kəpəz” bu gün 1 xala layiq idi. Biz də çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq” - deyə o bildirib.
Mütəxəssis qarşıda “Qarabağ”ı gözləyən gərgin qrafiklə bağlı bunları deyib: “Bu cür halla ilk dəfə qarşılaşmırıq. Lakin hazırda komandanın oyununda müəyyən çatışmazlıqlar var. Təbii ki, belə şəraitdə ağır qrafikdə oynamaq asan olmayacaq. Qarşıdakı günlərdə vəziyyətimizi yaxşılaşdırmağa çalışacağıq. Başqa çıxış yolumuz da yoxdur. İnanıram ki, futbolçular da zaman keçdikcə daha yaxşı formada olacaqlar. Oyundan oyuna komandanı motivasiya edəcəyik”.
Qurbanov uzun fasilədən sonra Gəncə publikası önünə çıxmasından da söz açıb: “Gəncə futbolu, Gəncə azarkeşi Azərbaycanda fərqlənir. Burdan həmişə yaxşı futbolçular çıxıb. 2-3 il qabaq Gəncədəki son oyunumuzda tribunada 15-16 min azarkeş var idi. Ona görə əminliklə demək olar ki, Gəncəyə futbol yaraşır. Burda olmaq xoşdur. Futbolçu kimi də Gəncədə oynamaq hər zaman çətin idi. Bu saatda, belə şəraitdə yaxşı futbol sərgiləmək heç də asan deyil. Ümid edirəm ki, növbəti mövsümlərdə Gəncədəki şərait daha yaxşı olacaq”.
Qurbanov oyunun sonlarında komandasının üzvü Marko Yankoviçə sərt şəkildə irad bildirməsinə belə aydınlıq gətirib: “Sərt dedikdə, normal epizodlar idi. Oyunun sonlarında tələsirdik. Futbolçuya sərt şəkildə irad bildirməyin tərəfdarı deyiləm. Oyun alınmırsa, futbolçunun üstünə getməyə dəyməz. Hər zaman futbolçunun yanındayam”.
“Qarabağ”ın çalışdırıcısı Gəncədəki stadion problemi ilə bağlı sualı belə cavablandırıb: “Düzdür, bu, mənə aid olan məsələ deyil. Amma futbolun inkişafını istəyiriksə, azarkeşlərin stadiona daha çox gəlməsini istəyiriksə, bunun üçün ən yaxşı perspektiv olan şəhərlərdən biri Gəncədir”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər