“Oyun planlaşdırdığımız keçdi. Pressinq etmək əsas planlarımızdan idi. Oyun nəzarətimizdə keçdi. Standart vəziyyətlər rəqibin üstünlüklərindən biridir. Azlıqda qaldıqdan sonra hücumlarımız oldu. Lakin hesabı bərabərləşdirə bilmədik. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 20-cu turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, VAR-la bağlı bağlı anlaşılmazlıq olduğunu bildirib: “Əgər epizod sarı vərəqlikdirsə, buna görə hakim VAR-a çağırılmır. VAR-da gündə bir qərar çıxır. Bəlkə də belə qərar var, biz bilmirik? Bilmirəm. VAR-la bağlı çox suallar, qaydalar var. Bu gün ofsaytdan sonra nə üçün hakim VAR-a çağırıldığını bilmirəm”.
Sadıqov komandasının hədəfləri barədə bunları söyləyib: “Bizim hədəfimiz Konfrans Liqasına qatılmaqdır. “Qarabağ”, “Neftçi” böyük komandalardır. Əsas məqsəd dördlüyə düşməkdir. Biz risk etməyə məcburuq. Oyundan qabaq qələbəyə köklənmişdik. Amma olmadı. Dördüncü yeri qoruyub saxlamalıyıq”.
“Zirə”nin çalışdırıcısı komandasının qış fasiləsindən sonrakı çıxışına da toxunub: “Sumqayıt”la oyunda da, bu matçda da komandamdan razı qaldım. Bu gün balanslaşdırılmış oyun gedirdi. Rəqib künc zərbəsindən sonra fərqləndi. Məğlubiyyətə baxmayaraq, yolumuza davam edirik. Gələn il komandamız rəqabətə daha da hazırlıqlı olacaq. Üçlüyə düşmək asan deyil”.
Rəşad Sadıqov qırmızı vərəqə epizodunu belə şərh edib: “Ehtiyatsızlıq ucbatından qırmızı vərəqə aldıq. Bu epizod nizam-intizamla bağlı deyildi. Digər epizodlarda birə-bir mübarizə gedirdi. Bir çox oyunlarda azlıqda qalırıq. Bu, məni üzür. Buna baxmayaraq, komandam bu hallarda da sona qədər mübarizə aparır”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər