“Oyun barəsində çox danışmayacağam. Özümə söz vermişdim ki, hakimlik barədə heç vaxt danışmayım. Amma vaxtı çatıb. Düşünürəm ki, Vüqar Həsənli layiqli qələbə qazandı. Onu təbrik edirəm. Əlindən gələnin ən yaxşısını etməyə çalışdı”.
Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 20-ci turunda “Sabah”a 0:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.
O, matçın 28-ci dəqiqəsində komandasının üzvü Ruan Renatonun qırmızı vərəqə almasına belə münasibət bildirib: “Epizoda mənim necə qiymət verməyim əhəmiyyətsizdir. Əsas hakimin gözünə necə görənməsidir. Mənim fikrimcə, Gəncədə qapımıza təyin olunan birinci penalti də səhv qərar idi. Lakin hakimlər bizə qarşı fərqlidirlər. Əgər özünüz birinci epizoda diqqətlə baxsanız, görəcəksiniz ki, Renatoya göstərilən birinci sarı vərəqə yanlış idi. Hakimin səhv qərarı da futbolçularda qıcıq yaradır”.
E.Baxşıyev komandasının ikinci hissədəki zəif çıxışının səbəbini belə izah edib: “Futbol emosiya oyunudur. Futbolçular da hakimlərin elədiklərini hiss edirlər. Ruanı sakitləşdirmək çətin idi. Çünki həmin epizodu ona başa sala bilmirdik. Amma yenə də futbolçularıma tövsiyə edirəm ki, hakimlərin qərarlarına çox da fikir verməsinlər. Toparlanmalı və gələcək oyunlara baxmalıyıq”.
“Qəbələ”nin baş məşqçisi “Aqressivliyinə görə Ruan Renatonu cəzalandıracaqsınızmı” sualını belə cavablandırıb: “Ruana haqsız yerə sarı vərəqə verilibsə, biz onu necə cəzalandıra bilərik? Hakim bizə qarşı səhv edir, lakin növbəti tur yenə oyuna təyinat alırsa, biz niyə futbolçumuzu cəzalandırmalıyıq? Yenə deyirəm, özümə söz vermişdim ki, hakimlik barədə danışmayacam. Amma baş verənlər komandaya pis təsir edir, mənfi mənada qıcıq verir”.
Baxşıyev futbolçularının aqressiv olması ilə bağlı deyib: “Komandadan aqressiv olmağı mən tələb edirəm. Futbolçu aqressiv, istəkli olmalıdır. Aqressiyanı nəinki oyunda, məşqdə də hiss etdirməlidir”.
Mütəxəssis buraxılan qollarda müdafiəçilərin səhvlərinin olması fikri ilə razılaşıb: “Həmin nöqsanları biz də görürük, hiss edirik. Məşqlərdə bunun üzərində dayanırıq. Qış fasiləsindən sonra 2 oyunda 5 qol buraxmağımız barədə danışsaq, bu, uzun mövzudur. Ötən oyunda rəqib qapımız qarşısında çox qol epizodu yaratmasa da, ilk hissədən sonra artıq 2 top buraxmışdıq. Futbolçularıma da dəfələrlə deyirəm ki, daha da mübariz, əmzkar olmalıyıq ki, qarşıdakı maneələr bizə əngəl törətməsin”.
O, qarşıdakı günlərdə 1 futbolçu ilə güclənəcəklərini bildirib: “Yaxın günlərdə 1 yeni oyunçu ilə heyətimizi gücləndirəcəyik. Hücumameyilli futbolçudur. Hələ ki müqavilə imzalanmadığından ad çəkmək istəmirəm. Xeyr, bu, “Neftçi”nin formasını geyən Pato deyil, azərbaycanlı futbolçudur”.
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
Çempionlar Liqasında daha 6 oyun
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı