“Çətin oyun alındı. Komandalardan heç biri uduzmaq istəmirdi. Ona görə də fərdi mübarizələrin sayı çox idi. Şadam ki, 90 dəqiqə ərzində komandamız dayanmadı. Sona kimi mübarizə apardı və ikinci hissədə vurduğumuz qollarla vacib qələbə qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 20-ci turunda “Qəbələ”ni məğlub etdikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis fasilədə iki dəyişiklik etməsinin səbəbini belə izah edib: “Fasilədə Elvin Camalovla Amin Seydiyevi əvəzlədik. Onların ikinci sarı vərəqə almaq təhlükəsi var idi. Yəni əvəzetmələr oyunları ilə bağlı deyil”.
Musayev zədədən qayıdan Namik Ələskərov və Zurab Oçiqava haqda da danışıb: “Zurab yarım il meydandan kənarda qaldı. Antalyadakı hazırlıq oyunlarında da forma geyinmədi. Komanda ilə birgə məşq edir. Zamanla ona da şans verəcəyik. Çünki Zurab bizim üçün vacib futbolçudur. Düşünürəm ki, tezliklə 100 faiz hazır olacaq. Amma komandamızda mərkəz müdafiəçisi mövqeyində rəqabətin güclü olduğunu da unutmamalıyıq. Namik Ələskərov da dekabrda əməliyyat olunmuşdu. Antalyadakı yoldaşlıq görüşlərdində o da meydana çıxmadı. Baxmayaraq ki, Zurabla müqayisədə Namikin zədəsi ciddi deyildi. Son günlər addım-addım formasını bərpa edir”.
“Sabah”ın çalışdırıcısı turnir cədvəlində üçüncü pillədə olan “Neftçi”dən uzaqlaşmaları və əsas rəqiblərinin “Qarabağ” olması barədə sualı belə cavablandırıb: “20 turdur eyni sualı eşidirəm, eyni cür də cavab verirəm. Başa düşürəm, jurnalistlər çempionatda intriqa olmasında maraqlıdırlar. Lakin unutmayaq ki, “Sabah” yeni, “Qarabağ” isə çox təcrübəli komandadır. Əla transferlər edirlər, əla oyun göstərirlər. Üstəlik, bizdən 7 xal da irəlidədirlər. Biz hər oyundan oyuna daha yaxşı çıxış etməyə çalışırıq. “Neftçi” də yaxşı transferlər edib. Əminəm ki, onların da çıxışı yaxşılaşacaq”.
Murad Musayev məqsədlərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu söyləyib: “Bizim məqsədimiz mövsümün sonunda avrokuboklara vəsiqə əldə etməkdir. Bəli, yekunda hazırkı mövqedə olmağımızı istərdik. Lakin qarşıda hələ 16 tur var. Ona görə də arxayınlaşmaq olmaz”.
“İctimaiyyətin “Sabah”ı çempionluq uğrunda mübarizədə “Qarabağ”a rəqib görməsinin nəyi pisdir ki” sualını mütəxəssis belə cavablandırıb: “Mənim üçün bu sözləri eşitmək xoşdur. Bunda pis nəsə yoxdur. Lakin siz hər oyundan sonra mənə eyni sualı verirsiniz. Biz hər oyunda qələbə qazanmaq, avrokuboklara vəsiqə qazanmaq, “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq istəyirik. Bunu danmıram. Ancaq reallıq var. İndiki məqamda biz daha yaxşı işləməliyik. Futbolda hər şey tez dəyişir. “Qarabağ”la mübarizə aparmaq üçün üzərimizə düşən hər şeyi edəcəyik. Amma yalandan söz verməyim düz deyil”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər