"Oyun çox maraqlı və sürətli keçdi. Hər iki komanda qələbəyə yaxın idi. Sadəcə, biz şansımızdan istifadə edə bildik".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 20-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:0 hesablı qələbəni belə şərh edib: "İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra qonaqlar təzyiqi artırdılar. Nəticədə biz komapakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks hücumlarda tutmaq istəyirdik. Planımız alındı. Komandada bir az ruh düşkünlüyü var. Çoxdandır qələbə qazanmadığı və sonuncu yerdə olduğu üçün komandanın üzərində yük, psixoloji gərginlik hiss olunur”.
O, "Səbail"in ciddi uğurlar qazanacağına inandığını bildirib: "Bəlkə də yeganə məşqçiyəm ki, hər yerdən özüm istefa verib getmişəm. Görsəm ki, xeyir verə bilmirəm, o zaman gedirəm. Məşqçilik çox çətin işdir. Ciddi uğur dedikdə, bizim iki yolumuz var. Axırıncı yerdən qurtulmaq və kubokda irəli getmək. Bu komandaya, futbolçulara inanıram. İtkilərimiz də var. Ağabala Ramazanovun, Turan Manafovun, Ruslan Hacıyevin olmaması çətinlik yaradır".
Şahin Diniyev "Öz oyun üslubunuzda Rafael Beniteslə uyğunluq görürsüz" sualına belə cavab verib: "Onunla bir yerdə adımın çəkilməyi mənim üçün utancdır. Onlar böyük mütəxəssislərdir. Bizim bu gün Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır. Mənim öz fəlsəfəm var. Oyunum müdafiədən hücuma keçmək üzərində qurulub. Hücumları daha çox cinahdan yaratmağa çalışıram. Bu gün də bunlar alınırdı".
Baş məşqçi oyunda zədələn və xəstaxanaya aparılan Kizito Luvaqanın durumu haqda danışıb: "Menecerimizdən məlumat aldım, durumu normaldır. MRT olunacaq. Yəqin ki, növbəti matçda oynayacaq".
Ş.Diniyev azarkeşlər arasında baş verən insident haqda deyib: "Bəli, xəbərim oldu. Amma stadionun içində olmayıb. Biz demokratik Azərbaycanda yaşayırıq. Dərəbəylik deyil. Belə şeylər olmamalıdır. Futbol meydançada bitməlidir".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər