Rusiyanın "Championat" nəşri "Krasnodar"ın “Qarabağ”dan transfer etdiyi Kadi Borges haqda yazıb.
Qol.az xəbər verir ki, yazıda braziliyalı yarımmüdafiəçinin yüksək keyfiyyətli oyunçu olduğunu bildirilib:
”Krasnodar” üçün perspektivli transferdir. "Krasnodar" onun üçün çox yox, cəmi 2 milyon avro ödəyib. Borges son iki mövsümü "Qarabağ"da keçirib. 2022-ci ildə komandası ilə çempionatın və Azərbaycan Kubokunun qalibi olub. Liqanın bombardiri olan oyunçu ölkənin ən yaxşı əcnəbi futbolçusu seçilib.
Braziliyalı həm hücumameyilli mərkəz yarımmüdafiəçisi, həm də cinah yarımmüdafiəçisi kimi oynaya bilər. Texnikalı oyunçudur. İrəlidə təhlükəlidir. Cinahdan hərəkət edərək içəri irəliləyə, mərkəzə gələ bilər. Kadinin yaxşı zərbələri var. Azərbaycanda çalışan "Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayevin sözlərinə görə, hücumameyilli yarımmüdafiəçi Premyer Liqanın ən güclü oyunçusu idi. Kadi "Krasnodar"ın üslubuna uyğun gəlir.
Kadi Borges bu mövsüm bütün turnirlərdə 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə edib. O, özünü avrokuboklarda yaxşı göstərdi. Çempionlar Liqasının təsnifat mərhələlərində "Lex" və "Sürix"lə oyunlarda qol vurub, məhsuldar ötürmə edib. Stanislav Çerçesovun rəhbərlik etdiyi "Ferenstvaroş"u nokauta salıb, Avropa Liqasının qrup mərhələsində assistlə diqqət çəkib. O, Azərbaycan çempionatında ortahesabla hər 90 dəqiqəyə 3,8 zərbə endirib, 2,9 ötürmə edib. Tez-tez driblinq edən Kadinin 6 cəhdindən 3-ü uğurlu alınıb.
Maraqlıdır ki, onun adlarından biri də Malinovskidir. Kadinin ata tərəfdən babası polyakdır. O, 2022-ci ildə vətəndaşlıq almaq və Polşa millisində oynamaq üçün işlərə başladı. Lakin Rusiya klubuna keçidi çox güman ki, siyasi məsələlərə görə onu Polşa millisindən uzaqlaşdıracaq".
Xatırladaq ki, "Krasnodar" bir neçə gün əvvəl "Qarabağ"ın sabiq oyunçusu ilə 3,5 illik müqavilə imzalayıb.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər