“Qələbəyə görə sevinirik. İntizamlı oyun oldu. 90 dəqiqə ərzində cəsur, aqressiv oyun sərgilədik”.
Qol.az xəbər verir ki, bu sözləri "Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 19-cu turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis çempionluq mübarizəsi ilə bağlı sualı belə cavablandırıb: "Bugünkü kimi oynasaq, bütün rəqibləri məğlub edə bilərik".
Musayev “Neftçi” ilə matçın ikinci hissəsində bir neçə qol şanslarını qaçırdıqlarını vurğulayıb: “Bu, psixologiyadan asılıdır. İkinci hissədə rəqibin cəmi bir imkanı oldu. Bizim isə daha çox şanslarımız oldu. Üçüncü qolu da vura bilərdik”.
"Sabah"ın çalışdırıcısı mümkün transferlərlə bağlı deyib: “Bir transfer etmək istəyirik. Amma o, komandadakı oyunçulardan yaxşı olmalıdır. Eyni zamanda, gələcəyə hesablanmış transfer olmalıdır. Oyunçular bir-birlərini çox yaxşı başa düşürlər. Buna görə də, qış fasiləsində transfer düşünmürük”.
Murad Musayev Antalya toplanışından razı qaldığını da sözlərinə əlavə edib: “Kifayət qədər vaxtımız olmasa da, yaxşı iş alındı. Əsas cavabları yaya yaxın alacağıq. Çünki hələ yeni ilin ilk oyunudur. Həmişə maksimum nəticə qazanmaq istəmişik. Məni daha çox keyfiyyət narahat edirdi. Pressinq, sürət üzərində işləyərək daha keyfiyyətli oynamaq mümkündür”.
O, komandada icarə əsasında çıxış edən Aleksey Kaşukun mövsümün sonunda komandada qalmaq ehtimalının maliyyə ilə bağlı olacağını deyib: “Burada onun üçün hər şey yaxşıdır, karyerasının ən yaxşı dönəmlərini keçirir. Üslubumuz da ona uyğundur. Rəhbərlik bu istiqamətdə çalışır, lakin hələlik heç nə yoxdur. Mən Kaşukun qalmasını istəyirəm”.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər