"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 19-cu turunda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Oyun necə keçdiyini siz daha yaxşı gördünüz. Birinci hissə yaxşı, hərəkətli oynayırdıq. Rəqibə boşluqlar, epizodlar vermədik. baxmayaraq ki, hücumameyilli, yaxşı oyunçuları var idi. İlk yarıdan çox yaxşı təəssüratla ayrıldıq. Fasilədən sonra zəif təsir bağışladıq. Əfsuslar olsun ki, matçın gedişində mərkəz müdafiəçimizi itirdik. Əvəzedicisi də yox idi. Bu, buraxılan qollarda da özünü göstərdi. Əslində, Vurğun oyundan əvvəl zədələndi. Amma oyuna çıxsa da, sonadək davam etdirə bilmədi. Planlarımız pozuldu. Deyim ki, rəqibin təzyiqi və başqa cür oyunu var idi. Biz qopduq. Muradı arxaya çəkdik və ortanı rəqibə verdik. Üç qol vurmaq "Zirə"nin səviyyəsini ortaya qoyur. Amma ilk yarıdan razıyıq. Bu cür itkilər olmazsa, daha da yaxşı çıxış edəcəyik. Yeni oyunçularımız da meydanda idi. Bu çempionatı tanımırlar. Başa düşürük. Ümid edirik ki, gələn oyunlarda daha yaxşı olarlar.
- Yeni transferlər özlərini doğrultdular?
- Bəli, doğrultdular. Üçünün də oyunun yaxşı alındı.
- Vurğun Hüseynovun durumu nə yerdədir?
- Xoş deyil. Digər mərkəz müdafiəçimiz də uzun müddətə sıradan çıxıb. Ona görə də Murad Xaçayevi kənara çəkdik. Vurğun hansı müddətə qədər olmayacaqsa, bizim üçün fəlakətdir. Onun yerində həmin mövqenin oyunçusu çıxış etməyəcəksə, səhvlər olacaq. Həmin səhvləri də etdik. Bu gün kiminsə üstünə düşməyə dəyməz.
- Yeni transferlər gözlənilir?
- Xeyr.
- AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, sonuncu yeri tutan liqadan düşəcək. Hazırda təhlükəli zonadasız. Hansı çatışmazlıqlar var ki, aradan qaldırmalısız?
- Çempionatı tərk edəcək komanda mayda məlum olacaq. Ona qədər vaxtımız var. Oyunları udmalıyıq. Ən azından təhlükəli zonadakı rəqiblərimizi udmalı və xal götürməliyik. Bu gün Vurğunun zədələnməsindən sonra oyun tamam dəyişdi. Amma biz iki hissəni də oynamalıyıq ki, xal götürək. Liqadan düşə də bilərik. Heç kim qarantiyə verməyib ki, düşməyəcəyik. Belə xallar itirəcəyiksə, düşə bilərik. Gənclərimiz çoxdur. Hamımız dərk etməliyik ki, yerimizi qorumalıyıq. Hamımız birlikdə çalışmalıyıq.
- Vurğun Hüseynov zədələnəndən sonra dəyişikliyi səhv etdiz?
- Bir mərkəz müdafiəçisi zədələnirsə, onu əvəz edən olmalıdır. Digəri də zədəlidirsə, problem yaşaya bilərsən. Dayaq yarımmüdafiəçisini müdafiəyə atdıq. Rüfəti də atdıq dayaq yarımmüdafiəçisi mövqeyinə. Ortada boşluqlar verdik, arxa da asan keçiləsi yer oldu. Birinci hissəyə diqqət etsəz, epizod vermədik. Amma sonradan üç qol buraxdıq. Çünki mərkəz müdafiəçisi yox idi, dayaq yarımmüdafiəçisi mövqeyi isə sağlam deyildi.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər