"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 19-cu turunda “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, əvvəlcə qələbəni şərh edib.
-2023-cü ildə ilk oyun idi. Hər iki komandanın oyunçuları üçün fasilədən sonra başlamaq çətindir. İlk yarıda bunu hiss edirdik. Gözlənilməz qol buraxdıq. Halbuki rəqibin bu gedişatı üzərində işləmişdik. Amma ideal ötürmə və ideal qol oldu. Futbolçularım oyundan qopmadılar. İlk yarıda bir çox şeylər alınmırdı. Amma ruhdan düşmədik. Böyük əzmkarlıq göstərib, bizim üçün vacib üç xal qazandıq. Görəcək işimiz çoxdur. Hamımız bunu başa düşürük. Futbolçularımı təbrik edirəm. Növbəti oyuna köklənməliyik.
- Fərqli hissələr izlədik. Antalya toplanışında komanda tam komplektləşib?
- Toplanışdan əvvəl də, oyunlarda müəyyən problemlər olurdu. İçimizdə bunu bilirik və üzərində işləyirik. İlk yarıda xüsusi narazı salan məqam yox idi. Hücumda daha kəsərli oynaya bilərdik. Amma bəzi anlarda futbolçular kəsərli ötürmələrə az üstünlük verirdi. İkinci yarıda daha yüksək motivasiya ilə oynadıq, daha böyük qüvvə ilə hücum etdik.
- Nemanya Andelkoviçilə nəyə görə yollarınızı ayırdız?
- Futbolçu vaxtında da belə olmuşam. Özümə uyğun tələblərim, xasiyyətim var. Müəyyən şeylər var ki, onlar olmamalıdır. Onlar olanda böyük uğurlardan danışa bilmərik. Andelkoviçlə danışdıq, mövqeyimizi bildirdik, normal şəkildə yollarımızı ayırdıq. Tərəfdarıyam ki, məşqçi ilə futbolçu arasında anlaşılmazlıq varsa, düzəlmirsə, yollar ayrılmalıdır. Detallara getmək istəmirəm. Xarakterindən də razı olmuşam. Müəyyən detallarda anlaşa bilmədik. Belə qərarlar məndə tez-tez olacaq. Futbolçu qarşısına böyük hədəf qoymalıdır. Olmayacaqsa, hər oyunda ürəyini qoymayacaqsa, nəticələri düşünməyəcəksə, yollarımızı ayıracaq.
- Ahmed Ayzaya “Kəpəz”də yaxşı oynayır. Onu buraxmağınıza peşman deyilsiz?
- Bir çox futbolçular var ki, özünü yaxşı tərəfdən göstərib. Bizə də təklif edilib. Futbolun içində olan şeylərdir. Onu çox bəyənirdim. Müəyyən şeylər var idi ki... ”Qarabağ”da, Qurban Qurbanovdan müəyyən şeylər var ki, uğur qazanmaq üçün vacibdir. Bu, gözə görünmür. Stabil və uğur qazanmaqdan ötrü müəyyən detallar olmalıdır. Olmazsa, qazanacağın uğur müvəqqəti olmayacaq. Mən isə müvəqqəti iş görmək istəmirəm. Böyük, yaxşı komanda formalaşdırmaq istəyirik.
- Fasilə dönəmində istədiyinizi edə bildiz?
- Çox səmərəli oldu toplanışımız. Əvvəlki illərlə müqayisədə daha çox razı qaldım. Keyfiyyəli oyunçular təklif edildi. Müəyyənləri ilə müqavilə imzalaya bilmədik. Yolda olan var. Digər tərəfdən komanda üçün səmərəli toplanış alındı. Futbolçular məsuliyyətli idi. Ümid edirəm ki, ikinci dövrədə faydasını görəcəyik.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər