“Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Evdə, azarkeşlərimiz önündə oynayırdıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 19-cu turunda “Qarabağ”la oyundan sonra deyib. O, komandasının 2:3 hesablı məğlub olduğu matçı belə şərh edib: “Məncə, maraqlı oyun oldu. Yəqin ki, azarkeşlər də meydandakı futboldan zövq ala bildilər. Təbii ki, sonda buraxdığımız qol, diqqətsizlik pis təsir edir. Amma ümumilikdə futbolçularımdan razı qaldım. Bu tempi saxlamaq vacibdir. Qardaşı bizi çox çətin mübarizə gözləyir. Rəqibə isə uğurlar arzulayıram”.
Ayxan Abbasov yeni transferlərin komandaya günü-gündən daha çox uyğunlaşdıqlarını bildirib: “Denis Marandiçi bizimlə birgə təlim-məşq toplanışında olub. Komandaya uyğunlaşdığı hiss olunur. Sadəcə oyun praktikasının azlığından əziyyət çəkdiyi üçün hələ ki 90 dəqiqə meydanda tam gücü ilə mübarizə aparmağa hazır deyil. Bu gün, məncə, ən yaxşılardan idi. Belajdi Pusi 1 həftədir ki, komandaya qoşulub. Lakin bu gün ona da şans verdik ki, çempionatımızı hiss etsin. Komandada rəqabət olmalıdır”.
Mütəxəssis müdafiədəki boşluqlarla, arxa xətt oyunçularının diqqətsizliyi ilə bağlı sualı belə cavablandırıb: “Qışa qədər ən yaxşı cəhətlərimizdən biri o idi ki, standart vəıziyyətlərdə yaxşı oynayırdıq. Lakin bu gün təəssüf ki, rəqib hər 3 qolu başla vurdu. Demək ki, daha çox işləməliyik, daha çox çalışmalıyıq. Həmçinin, bəzi futbolçularımız daha diqqətli olmalıdırlar. “Qarabağ”a qarşı hücumda oynasan, müdafiədə belə səhvlər olacaq. Gələcək üçün, inkişaf üçün bəzi risklərə getməliyik. Komandada rəqabət var”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər