"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 19-cu turunda "Kəpəz"lə heç-heçə etdikləri oyundan (2:2) sonra fikirlərini bildirib.
Qol.az xəbər verir ki, mətbuat konfransında nəticəni belə şərh edib: "Bilirdik ki, bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuz ağır olacaq. Ona görə ki, "Kəpəz" yaxşı təşkilatlanmış komandadır. Heyətlərində də güclü və maraqlı futbolçular var. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Oyun ritmini qapımıza təyin olunan ilk penalti ilə itirdik. Lakin komandam xarakter nümayiş etdirdi. İkinci hissədə istədiyim "Qəbələ"ni gördüm".
Elmar Baxşıyev qeyd edib ki, komandası matçın gedişini əvəzetmələrlə dəyişməyib: "Rafael Antaylada komanda ilə hazırlıq keçməsə də, fərdi hazırlıq keçib. Oyunun ritmini əvəzetmələrlə dəyişmədik. Sadəcə futbolçular düzgün reaksiya verib, ikinci hissədə daha aqressiv oynamağa çalışdılar. Bizim komandada ehtiyat və əsas heyət üzvü yoxdur. Hər kəs üzərinə düşənin artığını etməyə çalışır".
"Qəbələ"nin çalışdırıcısı meydanın durumuna da toxunub: "İlk hissədə ağır görsənməyimizin bir səbəbi də meydanda amilidir. Qazon kənardan yaxşı görsənsə də, çox ağırdır. Hətta dünən oyunöncəsi məşqdə 2 futbolçumuzu Asif Məmmədov və Andrey Strijakı itirdik. Adi epizodda zədə aldılar. Bütün bunları nəzərə alaraq, ağır oyun olacağını təxmin etmişdik. Lakin hər iki komandanın futbolçularına alqış düşür ki, yaxşı, dinamik oyun sərgilədilər".
O, yeni transferin olmaması ilə bağlı sualı belə cavablandırıb: "Transfer məsələsində yenilik yoxdur. Mən də heyətin müəyyən dərəcədə geniş olmasını istərəm. Lakin hələlik büdcədə bir yenilik olmadığı üçün transfer də reallaşdıra bilməmişik".
E.Baxşıyev ilk dəfə baş məşqçi kimi səfər etdiyi Gəncədəki futbolçu atmosferi barədə deyib: "Gəncədə futbol fərqlidir. Yerli azarkeşlər futbolu anlayırlar. Futbol şəhəridir, amma şərait baxımından daha çox şey düzəlməlidir".
Mütəxəssis hakimlərin idarəçiliyi barədə çox danışmaq istəmədiyini vurğulayıb: "Hakimin üzərində çox dayanmaq istəmirik. Lakin birinci penalti epizodunda futbolçumuz qəsdən kobudluq etməmişdi. Futbolçu əlini açıb qaçmalıdır, gizlədə bilməz. Futbolçumun səmimiyyətinə də inanıram. Onun bilərəkdən kobud oynamaq fikri yox idi".
"Qəbələ"nin baş məşqçisi sona kimi avrokuboklar uğrunda mübarizə aparacaqlarını söyləyib: "Ötən mövsüm də heç kimi bizi iddialı hesab etmirdi. Lakin komandamız xarakter nümayiş etdirdi. Çalışacağıq ki, bu mövsüm də avrokuboklar uğrunda mübarizə aparaq. Hazırkı heyətimizi qorumaq istəyirik. Təklif olsa belə, futbolçularımız yola bizimlə davam edəcəklər. Hər iki cəbhədə sona kimi yarışacağıq. Sırf kuboka hazırlaşmaq fikrimiz yoxdur. Çempionatda da mübarizəmizi davam etdirəcəyik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər