"Komanda yaxşıdır. Antalyada təlim-məşq toplanışım əla keçdi. Kollektivə bir az gec qoşuldum. Burada mənə qarşı hamının münasibəti çox yaxşıdır. Gəldiyim gündən etibarən baş məşqçi və komanda yoldaşlarım daha tez uyğunlaşmağım üçün mənə çox kömək etdilər".
Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni transferi Salif Sisse "Kəpəz" televiziyasına açıqlamasında deyib.
"Düşünürəm ki, “Kəpəz” əvvəlkindən daha yaxşıdır. Təlim-məşq toplanışındakı qarşılaşmalar da uğurlu alındı. Yaxşı oyunlar göstərdik və sevindirci haldır ki, qol buraxmadıq. Bu, komanda üçün çox vacib amildir. Qış fasiləsi bizim üçün uğurlu oldu. Hesab edirəm ki, mövsümün ikinci yarısında yaxşı işlər görüb, nəyisə dəyişməyə nail olacağıq” - deyə o bildirib.
30 yaşlı hücumçu Misli Premyer Liqanın 19-cu turunda “Qəbələ”yə qarşı keçirəcəkləri matçda qələbə qazanmağı hədəflədiklərini bildirib: “Qəbələ” ilə oyunda uğurlu nəticə əldə etmək istəyirik. “Kəpəz”in heyətində keçirəcəyim ilk rəsmi matçda 3 xal əldə edərək debütümə müsbət start vermək niyyətindəyəm".
Fransalı futbolçu transferinin komandaya əlavə güc qatacağına inandığını vurğulayıb:"Kəpəz"ə qələbələr qazandırmaq üçün gəlmişəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Burada olmağım komandaya çox şey qatacaq. Abdullahi Şuaybu və digər komanda yoldaşlarımla birlikdə yaxşı oyun sərgiləyib, yüksək mövqelərdə yer almaq istəyirik. Burada “Kəpəz”ə azarkeşlik edən xeyli futbolsevər var. Transfer olunmamışdan əvvəl çox sayda fanat mənə sosial şəbəkə vasitəsilə yazır, şəhər, klub və azarkeşlər haqda məlumat verirdi. Gəncə futbol diyarıdır, bu da mənə pozitiv enerji verir”.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər