"Çox sevinirəm ki, son yoldaşlıq oyununu zədəsiz başa vurduq. İlk dəfə idi ki, Ataa Caber və Emin Mahmudov birlikdə oynadılar. Mahmudov 3 gündür məşq etmirdi. Hər ikisi matçı zədəsiz bitirdi".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Antalyada Serbiyanın "Srvena Zvezda" komandasına 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.
Komandasının qış təlim-məşq toplanışı haqda danışan rumıniyalı mütəxəssis hazırlığın yaxşı keçdiyini bildirib: "Sabah"la matça kimi bir neçə günümüz qalıb. Çox yaxşı hazırlaşmalıyıq. Nikbinəm, çünki bütün futbolçular sərəncamımdadır. Sadəcə, Eddi İsrafilov üçün darıxırıq. Qarşıdakı 2-3 rəsmi oyunda bizimlə olmayacaq. Ümid edirik ki, tezliklə komandaya qoşulacaq.
Bugünkü matçı çıxmaq şərtilə, əvvəlki oyunlarda orta xətdə oynatmağa futbolçum yox idi. Bəzən bu cür dəyişikliklərin komandaya xeyri olur. Hamısı təcrübəli futbolçudur. Fərqli mövqelərdə oynamağa öyrəşməlidirlər. Toplanışda yerli gənclərə çox şans verdik. Onların inkişaf etdiiyni düşünürəm. Müsbət məqamlardan biri Sezar Meza Kollinin zədədən qaıytmasıdır. Vato Arveladzeni da qeyd edə bilərəm. Son iki matçda az da olsa oynaya bildi. Komandanı addım-addım düzəltməyə və yaxşı kollektiv yaratmağa çalışırıq. Gəncləri gələcək oyunlara hazırlayıram. Onlara şans verdikdən sonra inkişafı görürük. Ümid edirəm ki, hər gün yeni şeylər öyrənəcəklər.
Təlim-məşq toplanışında neqativ məqamlar da olur. Amma indi bu barədə danışmaq istəmirəm. Bəzi oyunçularda mikro-zədələr oldu. Onların hamısından eyni vaxtda məşqlərdə istifadə edə bilmirdik. Buna baxmayaraq, böyük təcrübəyə və keyfiyyətə malikdirlər. Ümid edirəm ki, ilk rəsmi oyunumuzda formalarının pik nöqtəsində olacaqlar və qələbə qazanmağımıza kömək edəcəklər".
Baş məşqçi Yusuf Lavalın komandadan gedişinə də toxunub: "Lavalın bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Sözləşməsini yeniləməyə çalışdıq. Amma yeni çağırış istəyirdi. Portuqaliya klubundan gələn təklifi dəyərləndirməyə qərar verdi. Onun gedəcəyi ağlıma belə gəlməzdi. Amma indi bu barədə düşünmək istəmirəm. Onun mövqeyinə elə oyunçu gətirməliyik ki, boşluğunu doldursun. Laval ailəmizin bir üzvü idi, yeni karyerasında uğurlar arzulayırıq. İnanıram ki, Portuqaliyada böyük oyunlar göstərəcək və yaxşı çıxış edəcək".
Regekampf transfer siyahısında daha bir vinger və hücumçunun olduğunu qeyd edib: "Qarşıdakı günlərdə onların da keçidini bitirəcəyimizə ümid edirik. Eyni zamanda, əlimdə olan bütün futbolçuları çempionata 100 faiz hazırlamaq istəyirəm".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər