"Yaxşı oyun oldu. Bir az komandanın tam hazır olması hiss olundu. Matça dinamik başladıq. Daha sonra temp aşağı düşdü. Qarşımızda möhkəm komanda var idi. Bu oyun qarşıdakı işimizə faydalı olacaq. Futbolçuların idman formalarını qaytarmalıyıq".
Qol.az xəbər erir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində keçirdiklərin son oyunlardan - "Çukariçki"yə qalib gəldikləri (1:0) və "Poqon"a uduzduqları (2:4) görüşdən sonra açıqlamasında bildirib: "Bu gün yaxşı yoruldular. Neçə dəfə əks-hücumda yaxalandıq, özümüzün də təhlükəli hücumlarımız oldu. Çempionata hazırlaşmaq üçün 1 həftəmiz var. İstədiyimiz oyunu göstərmək üçün bir az vaxt lazım olacaq".
Qurbanov komandada müəyyən sıxıntıların olduğunu deyib: "Hər komandada müəyyən müddət sıxıntılar, çatışmazlıqlar olur. Həmin dönəmlərdə ayaqüstə qalmağa çalışmalıyıq. İndi də sanki o anları yaşayırıq. Həm zədələr, həm də Kadinin getməsi... Problemlər var. Bu dönəmdə düzgün və ağıllı olub, ayaqüstə qalmalıyıq".
Qurban Qurbanov kluba yeni futbolçu transfer etmək niyyətində olduqlarını da bildirib. O, qapıçı Şahruddin Məhəmmədəliyevin və müdafiəçi Abbas Hüseynovun zədələnməsindən sonra transfer bazarında ciddi axtarışlar apardıqlarını deyib: "Ciddi axtarışlar gedir. Sanki fikrimizi başqa yerə yönəltmişdik, indi başqa yerə. Birdən-birə belə ciddi itkilərə hazır deyildik. Çalışacağıq, azından transfer dönəmi bağlanana qədər nəsə edək. Hələ ki, əlimizdəki oyunçularla davam edirik".
Mütəxəssis yarımmüdafiəçi Qaspar Panaderonun əvəzedici komandaya göndərilməsinə də toxunub. O, futbolçunun əsas komandaya qayıtmayacağını bildirib: "Qasparın klubla müqaviləsi var. Lazım olanı edəcəyik. Əsas komandada olmayacaq. Bunu özünə bildirmişik. İstəyən olsa, onu təmənnasız göndərməyə razıyıq".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər