Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son 2 yoxlama oyununu keçirib.
Qol.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb. Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 42-ci dəqiqədə Kevin Medina vurub.
"Çukariçki" hazırda Serbiya Superliqasında 35 xalla 16 komanda arasında 4-cüdür.
"Qarabağ" bu gün digər görüşdə isə Polşanın "Poqon" klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın qollarını 49-cu dəqiqədə Marko Veşoviç və 90+4-cü dəqiqədə Abdullah Zubir vurub.
"Qarabağ"dan 70-ci dəqiqədə Ramiş Şeydayev, "Poqon"dan isə Leandro Kutris birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Rəqib futbolçu təhqirə,Şeydayev isə onu vurduğuna görə cəzalandırılıb.
Hazırda "Poqon" 29 xalla Polşa çempionatında 4-cü yerdədir.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Polşa "Rakuv"una 0:3 hesabı ilə uduzub.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Barselona"da qalır
Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa hazırlaşır
"Traktor" liderliyə yüksəldi
İngiltərə klubları Murilloya göz dikdi
Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı
"Arsenal" "Real"ın təklifini geri çevirdi
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Tudor "Tottenhem"lə işləməyin çətin olduğunu etiraf etdi
Vinisiusla bağlı yeni qalmaqal - Şəkil
Premyer Liqa klubunun vəziyyəti daha da ağırlaşdı
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
7 ildir Çempionlar Liqasında bu səddi keçə bilmirlər
Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu
"Barselona"nın futbolçusu sıradan çıxdı
Azərbaycan cüdoçularının rəqibləri açıqlandı