“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Antalya toplanışında “Krılya Sovetov”la bu gün keçirilən yoxlama oyunu (0:1) haqqında fikirlərini bildirib.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının güclü rəqibə qarşı yaxşı çıxış etdiyini bildirib: “Türkiyə təlim-məşq toplanışı çərçivəsində bu gün son yoxlama oyunumuzu keçirdik. Düşünürəm ki, oyun pis alınmadı, futbolçularım özlərini yaxşı tərəfdən göstərə bildir. Rəqibimiz Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” klubu idi. Güclü rəqibə qarşı komanda pis təsir bağışlamadı. Rəqib istər-istəməz oyunçularımızı meydanda qaçırtdı ki, bu da bizim üçün olduqca əlverişli idi. Oyundan sonrakı analizdə isə taktiki gedişlər və səhvlərimizi incələyərək futbolçularla müzakirə edəcəyik. İlk yarıda daha dinamik təsir bağışlayan komandamın oyunu məni qane etdi. İkinci hissədə bəlkə rəqibin daha çox qaçmağı, bizim yorğun olmağımız və akademiyanın oyunçularını meydana buraxmağımız öz oyunumuzdan çıxmağımıza gətirib çıxardı. Amma ümumilikdə oyuna qiymət versək, düşünürəm ki ilk yoxlama oyunundan daha yaxşı təsir bağışladıq”.
Samir Abasov həmçinin ümumi Antalya toplanışını da dəyərləndirib: “Antalya toplanışını ümumi dəyərləndirsək, bunun bəhrəsini fasilədən sonra görəcəyik. Ümumi olaraq, toplanışdan razı qaldığımı düşünürəm. Heyətə bir neçə yeni futbolçu dəvət etmişik, lakin transferlərimiz hələ bitməyib. Daha iki mövqeyə axtarışlarımız davam edir. Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir. Futbolçuların məşqlərə yanaşması, hazırlıq mərhələsində etdikləri bizi qane etdi. Hazırlığımız və təlim-məşq toplanışı ərzində müsbətə doğru etdiklərimiz Premyer Liqa oyunlarına necə təsir edəcəyini zaman göstərəcək. Yeni gələnlər və bəzi futbolçularımız tam hazır olduqdan sonra bizim üçün daha yaxşı olacaq".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər