Qadın futbolçulardan ibarət millimizin üzvü "Zenit"də

Qadın futbolçulardan ibarət millimizin üzvü "Zenit"də
ÖLKƏ FUTBOLU 17 Yanvar 2023 / 16:33 3509
-  A +

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva klubunu dəyişib.

Qol.az xəbər verir ki, 20 yaşlı müdafiəçi "Zenit"ə keçib. Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mirzəliyeva ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, N. Mirzəliyeva daha əvvəl Kazanın "Rubin" klubunda çıxış edirdi. O, 2019-cu ildən Azərbaycan millisinin üzvüdür. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner