Ramil Şeydayev Avropanın bombardirləri arasında

Ramil Şeydayev Avropanın bombardirləri arasında
ÖLKƏ FUTBOLU 17 Yanvar 2023 / 09:59 3420
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 2022-ci il üçün Avropa üzrə ən çox qol vuran futbolçularının siyahısını açıqlayıb.

Qol.az xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb. Onlar arasında "Qarabağ"ın oyunçusu Ramil Şeydayev də var. O, il ərzində vurduğu 25 qolla 21-ci pillədə qərarlaşıb. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə milli komandanın heyətində vurub.

Cədvələ PSJ-nin fransalı forvardı Kilian Mbappe liderlik edir - 56 qol. Norveçli Erlinq Haaland 2-ci ("Borussiya" Dortmund/"Mançester Siti" - 46 qol), polşalı Robert Levandovski isə 3-cü ("Bavariya"/"Barselona" - 42 qol) olub. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner