“Qarabağ”ın futbolçusu ağır zədə aldı

“Qarabağ”ın futbolçusu ağır zədə aldı
ÖLKƏ FUTBOLU 16 Yanvar 2023 / 11:14 6390
-  A +

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın futbolçusu Abbas Hüseynov zədələnib.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, müdafiəçinin dizindən ciddi zədə aldığını bildirib: “Hazırda müayinələr davam edir. İndidən konket olaraq nə qədər oynamayacağını demək düzgün olmaz. Təkar müayinə olacaq. Bundan sonra nəsə söyləmək olar. Hələlik həkimlərin yekun rəyi yoxdur”.

Qeyd edək ki, Abbas Hüseynov bu mövsüm Ağdam klubunda ümumilikdə 21 oyuna çıxıb, 1 qol vurub və1  məhsuldar ötürmə edib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner