"Turan Tovuz"un rəqibi dəyişdi

"Turan Tovuz"un rəqibi dəyişdi
ÖLKƏ FUTBOLU 16 Yanvar 2023 / 10:48 1215
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Turan Tovuz"un hazırlıq planında dəyişiklik olub.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda yanvarın 17-də Polşanın "Qurnik" klubu ilə deyil, Qazaxıstsn təmsilçisi "Jetisu" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, ilk sınaq matçında Rumıniya "Petrolul"una uduzan (2:3) "Turan Tovuz" ikinci oyununda İsveçrənin "Aarau" klubunu üstələyib- 1:0. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.

 

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner