Messiyə "Əl-Hilal"dan təklif gəlməyib

Messiyə "Əl-Hilal"dan təklif gəlməyib
ÖLKƏ FUTBOLU 15 Yanvar 2023 / 09:52 1215
-  A +

PSJ-nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan transfer təklifi almayıb.

Qol.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. “Əl-Hilal"dan 35 yaşlı hücumçuya heç bir təklif gəlməyib. İndi onun motivasiyası Avropada qalmaqdır. Messi hazırda "Qızıl top" üçün əsas favoritidir. Dünya Kubokunu qazandıqdan sonra onun böyük hədəfləri var. "Əl-Hilal" düşünür ki, bu təkliflə argentinalı forvardla əlaqə saxlamağın mənası yoxdur.

Daha əvvəl bildirilmişdi ki, "Əl-Hilal" illik 280 milyon avro maaşla hücumçuya təklif etmək niyyətindədir. Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir, fransızlar isə müqaviləni uzatmaq üçün danışıqlar aparır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner