"Neftçi" Polşa klubuna uduzdu

"Neftçi" Polşa klubuna uduzdu
ÖLKƏ FUTBOLU 15 Yanvar 2023 / 14:19 4105
-  A +

"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Medz Leqnisa” komandası ilə üz-üzə gəlib. Oyun "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi"nin yeganə qolunu 15-ci dəqiqədə Ağadadaş Salyanski vurub.

Qeyd edək ki, "Neftçi" Antalyadakı ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edib (1:1). Komanda yanvarın 19-da  Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

"Neftçi" - “Medz Leqnisa” (Polşa) - 1:2

Qollar: Salyanski, 15 - Rodriqes, 49, 53

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner