"Bu gün hər şey qaydasındadır. Artıq zədəlilərimiz də qayıdıb, yeni futbolçular da komandaya cəlb olunurlar. 2 gün əvvəl hücumçumuz axtarışda idi. O hücumçu da artıq bizə qoşulub. Hər halda növbəti yoxlama matçında onu meydanda görəcəyik. Artıq müqavilənin şərtlərində razılaşmışıq. Ümumilikdə hər şey normaldır, hazırlığımız gedir. Antalyaya gəlməzdən əvvəl necə plan qurmuşduqsa, işimiz elə o plan üzrə davam edir".
Qol.az "Kəpəz"in sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib. O, Türkiyədəki təlim-məşq toplanışları barədə danışıb. Antalyadakı ilk yoxlama matçında Macarıstanın 2-ci liqa təmsilçisi "MTK Budapeşt"ə qalib gələn (1:0) komandanın çalışdırıcısı hər şeyin öz axarında getdiyini bildirib:
"Artıq ilk yoxlama matçımızı keçirdik Qarşıda 2 yoxlama oyunu qalıb. 1 həftəlik yükləmədən sonra bəzi nüanslar var ki, bugünkü oyunda məni sevindirdi. Amma bəzi şeylər də var ki, hələ də mənim üçün həyəcan təbili çalır. Lakin ümumilikdə işimiz normal, öz qaydasında gedir".
T.Əhmədov qeyd edib ki, mövsümün ilk hissəsində buraxdıqları səhvləri təkrarlamamaq üçün çox çalışırlar: "Mövsüm ərzində buraxdığımız qollar var idi. Qalib gəldiyimiz oyunlar olurdu ki, son dəqiqələrdə konsentrasiyanı, topa nəzarəti itirirdik. Biz artıq burada belə şeylərin üzərində çox çalışırıq. Nəzəri məşqlərdə də bunun üçün işləyirik. Bilirsiniz ki, 2 yerli futbolçu transfer etmişik: Abdulla Rzayev və İdris İnqilablı. Yeni gələn Junior da braziliyalı yaxşı hücumçudur. Onların komandaya uyğunlaşması məsələləri var idi. Biz çalışırdıq ki, ümumiyyətlə,komanda komplektləşsin. Çempionatda xallarımız bəlkə də 20-dən çox olmalı idi. Buraxdığımız səhvlərə görə olmadı. Biz də bunun üzərində işləyirik ki, çempionatın 2-ci hissəsində həmin səhvlər baş verməsin.
Mütəxəssis yeni transferləri barədə də danışıb. O, yeni futbolçuların komandaya tədricən uyğunlaşmağa başladığını deyib: "Mən çox vaxt baxışa futbolçu çağırmıram. Çünki bu, həm zaman itkisidir, həm də futbolçu bəzən peşəkar cəhətdən deyir ki, oyunda zədə ala bilərəm. Ona görə də biz futbolçunu uzun müddət seçirik, son oyunlrına baxırıq. Ona görə də bizdə baxışda futbolçu yoxdur. Gələnlərin hamısı da müqavilə şərtləri ilə gələn oyunçulardır. Abdulla Rzayev U-21 millimizin əsas üzvüdür. İdris İnqilablı da artıq peşəkar futbolda bir balaca öz sözünü demiş futbolçudur. Junior braziliyalıdır. Hər halda bizə uyğundur. Uzun müddət izləmişik. Məndən əvvəl o, yayda bu komandada baxışda olub. Sadəcə hansısa problem yaranıb, gedib. Bu gün isə gəlib. O, bizi qane edir. Digər yeni transfer Salif Sissedir. Seneqal əsilli fransa vətəndaşıdır. Salifdən başqa bütün yeni futbolçuların komandaya uyğunlaşması normal gedir. Salif 2 gündür ki. gəlib. Onun üçün uyğunlaşma prosesi hələ bir az çətindir".
T.Əhmədov vurğulayıb ki, "Kəpəz"in daim hücum futbolu oynamasını istəyir: "Artıq hamı mənim iş fəlsəfəmi bilir. Ümumiyyətlə, müdafiədə futbol oynamağı sevmirəm. Həmişə çalışmışam ki, komanda hücum futbolu oynasın, hətta qol vurmasa belə, məğlub olmağı bacarsın. Çünki bu halda futbolçu, məşqçi inkişaf edər. Bizim qarşımıza məqsəd kimi Premyer Liqada qalmaq qoyulub. Mən isə çalışıram ki, komanda yüksək nəticə əldə etsin, 5-ci, 6-cı yerlər uğrunda mübarizə aparsın. Bu yöndə də işimiz ancaq hücum, yaradıcılıq futbolu, mübarizə olmalıdır. Komanda meydana çıxanda ətrafdan baxan ictimaiyyət bilməlidir ki, bu komandada oyun nizam-intizamı, oyun sistemi var. Mən də çalışıram ki, bu gün "Kəpəz"də bu sistem formalaşsın ki, komandanın gələcəyi olsun, yəni, komanda uzun müddət o yol üzrə getsin. Birinci dövrədə bəzən komanda sönük olub, 7 tur məğlubiyyət olub. Mən də çalışıram ki, bunları unutdurub gözəl oyunla qalibiyyətlər əldə edən, qələbə ruhu olan bir komanda formalaşdırım. Bunun üzərində də çalışıram.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə
Azərbaycan boksçusu erməniyə qalib gəldi
"Barselona"da qalır
"Kəpəz" - "Sumqayıt" oyunundakı 3 qol - Video
"Rəhbərlik komandaya yaxşı motivasiya verir" - Azər Bağırov
"Belə bəsit qollar buraxdığımıza inana bilmirəm" - Saşa İliç
D lisenziyalı məşqçi kursları yekunlaşıb
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
"Neftçi" basketbol komandası baş məşqçisini göndərdi
Premyer Liqa klubundan baş məşqçisinə yeni müqavilə
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
Azərbaycan klubları avrokuboklarda qol rekordunu təkrarlayıb
Bu qış Azərbaycandan ayrıldı, "Valensiya"ya keçdi
“Qarabağ”ın hücumçusundan 2 ölkə üçün rekord
"Yuventus" qapıçısı ilə müqaviləni uzatdı
Azərbaycan boksçusu 1/4 finala yüksəldi
Demiçelis La Liqa klubunun baş məşqçisi təyin edildi
Bu qələbə "Fənərbaxça"ya kifayət etmədi - Video
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı - Yeni rekord
Rusiyada 9 futbol hakiminə cinayət işi açıldı
Konfrans Liqası: "Samsunspor" davam edir
Cəbrayıl Hacıyev bürünc medal qazandı
Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa hazırlaşır
"Traktor" liderliyə yüksəldi
İngiltərə klubları Murilloya göz dikdi
Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı
"Arsenal" "Real"ın təklifini geri çevirdi
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Tudor "Tottenhem"lə işləməyin çətin olduğunu etiraf etdi
Vinisiusla bağlı yeni qalmaqal - Şəkil
Premyer Liqa klubunun vəziyyəti daha da ağırlaşdı
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
7 ildir Çempionlar Liqasında bu səddi keçə bilmirlər
Çempionlar Liqasında həftənin ən yaxşısı bəlli oldu
"Barselona"nın futbolçusu sıradan çıxdı
Azərbaycan cüdoçularının rəqibləri açıqlandı