"Kəpəz"in futbolçuları Fərid Nəbiyev və İdris İnqilablı Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində Macarıstanın 2-ci liqa təmsilçisi "MTK Budapeşt"ə qalib gəldikləri (1:0) yoxlama matçı barədə fikirlərini bölüşüblər.
Qol.az xəbər verir ki, onlar bu haqda klubun mətbuat xidmətinə danışıblar. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Fərid Nəbiyev görüşdə çoxlu qol şansları yaratdıqlarını və bunun müsbət nəticə olduğunu deyib: "Oyun çox gərgin və maraqlı keçdi. Bu, ilk yoxlama matçımız idi. Düşünürəm ki, ağır məşqlərdən sonra bizim üçün yaxşı bir sınaq oldu. Oyunda çoxlu qol epizodları yaratdıq. Onlardan birini dəyərləndirdik. O biri epizodları dəyərləndirə bilməsək də, əsas odur ki, qol şansları yarada bildik. Bu da bizim üçün müsbət nəticədir. İnşallah, oyundan-oyuna daha da inkişaf edib, Premyer Liqanın matçlarına hazır olarıq".
21 yaşlı yarımmüdafiəçi İdris İnqilablı isə bunları söyləyib: "Oyun çox yaxşı keçdi. Bu, bizim birinci yoxlama matçımız idi. Komandada bir az yorğunluq var idi. Amma buna baxmayaraq, qələbə qazandıq. Yoxlama matçının əhəmiyyəti çoxdur. İnşallah, Premyer Liqada da bu qələbənin ardını gətirərik. Qarşıda hələ 2 yoxlama matçımız var. Ümid edirəm ki, Antalya toplanışını 3 qələbə ilə yekunlaşdırarıq. Komandama uğurlar diləyirəm".
Qeyd edək ki, "Kəpəz" Antalyada daha 2 yoxlama matçı keçirəcək. Komanda yanvarın 16-da Serbiya “Novi Pazar”ı, yanvarın 18-də isə Qazaxıstan “Kaysar”ı ilə qarşılaşacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər