"Səbail"dən yeni transfer

"Səbail"dən yeni transfer
ÖLKƏ FUTBOLU 14 Yanvar 2023 / 17:28 2997
-  A +

"Səbail" heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Qvineya-Bisau əsilli fransalı hücumçu David Qomisi transfer edib. 30 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qomisin son klubu Fransanın 2-ci liqasında mübarizə aparan "Pau" olub. Həmçinin futbolçu 2021-ci ildən Qvineya-Bisau yığmasının da üzvüdür.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner