"Qəbələ" Almaniya klubuna qalib gəldi

"Qəbələ" Almaniya klubuna qalib gəldi
ÖLKƏ FUTBOLU 14 Yanvar 2023 / 19:50 4985
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın "Şimal-Şərq" Regional Liqası təmsilçisi “Lukenvalde” ilə qarşılaşıb. "Qəbələ" görüşdə 3:2 hesablı əzmkar qələbə qazanıb. 

Azərbaycan təmsilçisinin qollarını 30-cu dəqiqədə Gülağa Əsədov, 57-ci dəqiqədə Ramon Maçado və 70-ci dəqiqədə Felipe Santos vurublar.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Rumıniya yüksək liqası təmsilçisi "Sepsi" ilə heç-heçə (2:2) edib. Komanda yanvarın 16-da Çexiyanın “Teplitse” klubu ilə qarşılaşacaq. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner