"Toplanış plan üzrə gedir. Ötən gün hava şəraiti bir balaca planımızı dəyişdi. Amma bu gün (dünən - red) ikinci yoldaşlıq görüşümüzü oynadıq. Heyətimizlə bağlı Siyanda, Henri və Cavidin durumu bizi bir az üzür. Ümid edirəm ki, 3-cü oyunda onlardan da istifadə edəcəyik. İstəyirik ki, qısa müddətdə 3-cü, 4-cü dövrəyə hazır olaq. Bu matçda da mübarizəli oyun oldu. Futbolçular oyun yükünü ala bildilər".
Qol.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində İsveçrənin 1-ci liqa təmsilçisi "Aarau"ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra "CBC Sport"a müsahibəsində deyib.
O, daha bir hücumçu transfer etmək istədiklərini vurğulayıb: "Aşortia ilə qarşılıqlı razılaşma ilə yolları ayırdıq və dərhal Denisi transfer etdk. Çünki müdafiənin cinahlarında oyunçuya ehtiyacımız var idi. Çox istərdik ki, bir oyunçu da alaq. Rəhbərliklə bu barədə danışırıq. Bir hücumçu istəyirik. Amma hələ ki oyunçu bəyənməmişik. Bir futbolçunu sınaqdan keçirmişdik. İstədiyimiz oyunçu olsa, bir futbolçu da almaq istəyirik".
Mütəxəssis zədələrin onlar üçün böyük problem olduğunu vurğulayıb: "Futbolçuları qorumağa çalışırıq. Ancaq çempionat elə bir nöqtədir ki, 4-5 gündən bir oyunlar olur. Bir oyun süni meydançada, digər oyun təbii meydançada... Futbolçular zədələnəndə ən çox oyunlarda zədələnirlər. Bir məşqçi olaraq köməklik edə bilmirik. Oyun tammübarizəlidir. Zədəli olsa belə biz bunu risk etməliyik. Amma bu təlim-məşq toplanışında futbolçuların daha çox fiziki göstəricilərini artırması və qarşıdakı zədələrə dözümlülük üçün işlər gedir. Ümid edirəm ki, qışdan sonra həmin o zədələri yaşamarıq".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər