"Ağır oyun oldu. İlk dəqiqələrdən göründü ki, rəqib bizdən daha hazırlıqlıdır. "Rakuv"un Polşa çempionatının lideri olması hiss edilirdi. Belə matçlarda hazırlıqsız olmaq komandanın oyununa böyük təsir göstərir. Futbolçular yorğun idilər. Bu da normaldır. Adətən ilk oyunlarda daha zəif komandalarla oynayırdıq. Qarşıda "Gent"lə matç var deyə belə bir rəqib seçdik. İstəyirdik ki, futbolçular mübarizəni hiss etsinlər".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində "Rakuv"a 0:3 hesabı ilə uduzduqları ilk yoxlama matçından sonra deyib.
"Məncə, pis oyun alınmadı. Çatışmazlıqlarımız göz önündə idi. Pressinqdə çətinlik çəkirdik. Bu matçın mənim üçün faydası çox olacaq. Çatışmayan cəhətlərin üzərində işləmək həm bizdən, həm də futbolçulardan böyük məsuliyyət tələb edir. Qarşıda vaxtımız var. Çalışacağıq ki, növbəti oyunda daha yaxşı idman formasında olaq" - deyə o bildirib.
Mütəxəssis komandanın yeni transferi Adama Diakabi ilə bağlı söyləyib: "Çoxdandır oynamır. İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu "yana" bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq".
Q.Qurbanov bu transferin sonuncu olmayacağını vurğulayıb: "Bu yöndə çox aktiv işləyirik. Bir transferimiz olmalı idi, son anda alınmadı. Transfer pəncərəsinin son gününə kimi çalışacağıq. Ön xəttə transfer gözlənilir".
"Qarabağ"ın baş məşqçisi komandada olan yorğunluğun səbəbi ilə əlaqədar deyib: "İstəyərdim ki, futbolçular daha çox istirahət etsinlər. Onların bərpa olunması üçün minimum daha 10 günə ehtiyacımız var idi. Təəssüf ki, vaxtımız az oldu. Təkcə fiziki yox, psixoloji yorğunluq da var. Futbolçular iyun ayından bəri çox gərgin oyunlar keçiriblər. Bu gün yüklənmələrə dözmək lazımdır. İnanıram ki, yorğunluğu aradan qaldıracağıq. Futbolçular əvvəlki idman formasına qayıdandan sonra daha inamlı olacaqlar. Hazırlıq prosesimizdə bəzi dəyişikliklər var. Keçən ilkindən daha fərqli planla hazırlaşırıq. Gücümüzü artırmaq üçün dayanmırıq".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər