"Turan Tovuz" İsveçrə klubuna qalib gəldi

"Turan Tovuz" İsveçrə klubuna qalib gəldi
ÖLKƏ FUTBOLU 13 Yanvar 2023 / 18:36 4534
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Ayxan Abbasovun komandası İsveçrənin 1-ci liqa təmsilçisi "Aarau"  ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 6-cı dəqiqədə Ayxan Hüseynov vurub.

Qeyd edək ki, ilk sınaq matçında Rumıniya "Petrolul"una uduzan (2:3) "Turan Tovuz" yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner