"Neftçi"nin bir oyunu ləğv olundu

"Neftçi"nin bir oyunu ləğv olundu
ÖLKƏ FUTBOLU 12 Yanvar 2023 / 15:56 1764
-  A +

“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qardaş ölkədəki ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edən (1:1) “Neftçi” növbəti oyununu yanvarın 15-də Polşanın “Medz Leqnisa” klubuna qarşı keçirəcək.

 Həmin gün keçirilməli olan digər matç – “Baçka Topola” (Serbiya) ilə oyun hazırkı vəziyyətdə futbolçuların zədələnmə ehtimalı nəzərə alınaraq məşqçilər korpusunun qərarı əsasında ləğv olunub. Yanvarın 19-dakı son qarşılaşmada isə rəqib Serbiyanın “Srvena Zvezda” klubu olacaq.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner