"Qəbələ" Antalya toplanışına heç-heçə ilə başladı

"Qəbələ" Antalya toplanışına heç-heçə ilə başladı
ÖLKƏ FUTBOLU 12 Yanvar 2023 / 17:48 2612
-  A +

“Qəbələ” bu gün yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” ilk sınağına çıxın

Mövsümün ikinci yarısının hazırlığı çərçivəsindəki ilk dueldə rəqib Rumıniyanın “Sepsi” klubu olub. Matç 2:2 hesabı ilə başa çatıb."Qəbələ"nin qollarını 7-ci dəqiqədə Ülvi İsgəndərov, 66-cı dəqiqədə İsnik Alimi vurublar.

“Sepsi” Rumıniya kubokunun və Superkubokun son qalibidir. Komanda hazırda Rumıniyanın yüksək liqasında 21 oyuna 32 xalla 6-cıdır. 

Xatırladaq ki, "Qəbələ" Antalyada daha iki yoxlama matçına çıxacaq. Elmar Baxşıyevin komandası yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

 

12 yanvar

Yoxlama oyunu

16:00. “Qəbələ” – “Sepsi” (Rumıniya) - 2:2

Qollar:  Ülvi İsgəndərov, 7 (1:0), Marion Rondon, 46 (1:1), İsnik Alimi, 66 (2:1), Marius Ştefanesku, 72-pen. (2:2)
“Arcadia Sports Senter”

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner