"Sumqayıt" braziliyalı futbolçu transfer etdi

"Sumqayıt" braziliyalı futbolçu transfer etdi
ÖLKƏ FUTBOLU 12 Yanvar 2023 / 11:14 2982
-  A +

"Sumqayıt" dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Kolos"un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətə cəlb edilib. Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, "Sumqayıt" tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində "Şaxtyor" (Soliqorsk, Belarus), "Vitebsk" (Belarus), "Yagelloniya" (Polşa), "Zalagerseq" (Macarıstan) və "Kolos" (Ukrayna) kimi klublarda çıxış edib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner