"Sabah" "Varta" ilə bərabərə qaldı

"Sabah" "Varta" ilə bərabərə qaldı
ÖLKƏ FUTBOLU 12 Yanvar 2023 / 19:55 2897
-  A +

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Sabah" bu gün ilk yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Murad Musayevin komandası Polşanın "Varta" (Poznan) klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə hesabı 42-ci dəqiqədə Aleksey Kaşuk açıb.

"Varta" Polşanın yüksək liqasında çıxış edir. Poznan təmsilçisi 17 turdan sonra 25 xalla 18 komanda arasında 9-cu pillədədir.

Qeyd edək ki, "Sabah" yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubu ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner