Laval "Neftçi"dən ayrılıb bu kluba keçir - Rəsmi

Laval "Neftçi"dən ayrılıb bu kluba keçir - Rəsmi
ÖLKƏ FUTBOLU 11 Yanvar 2023 / 15:33 8634
-  A +

“Neftçi”nin futbolçusu Yusuf Laval komandadan ayrılır.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyanın “Arouka” klubu ilə Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlandığı bildirilib. Nigeriyalı yarımmüdafiəçi bu gün "Neftçi"nin düşərgəsindən ayrılaraq Bakıya dönəcək.

O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq.

Qeyd edək ki, Yusuf Laval 2020-ci ilin yayından "Neftçi"də çıxış edir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner