Millimizin üzvünün komandası kubokda mübarizəni dayandırdı

Millimizin üzvünün komandası kubokda mübarizəni dayandırdı
ÖLKƏ FUTBOLU 11 Yanvar 2023 / 02:12 1615
-  A +

Millimizin futbolçusu Ozan Can Kökcünün formasını geyindiyi "Eyndhoven" Niderland kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda səfərdə “Breda” ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran “Breda” 1/8 finala yüksəlib – 2:1.
 
Ozan  bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner