"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq
ÖLKƏ FUTBOLU 10 Yanvar 2023 / 11:58 1737
-  A +

"Sumqayıt"ın Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblərindən biri məlum olub.

Qol.az xəbər verir ki, Samir Abasovun komandası "Krilya Sovetov" ilə üz-üzə gələcək. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Görüş yanvarın 17-də oynanılacaq.

"Krilya Sovetov" Rusiya Premyer Liqasında mübarizə aparır və hazırda turnir cədvəlində 20 xalla 11-cidir.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə daha 1 yoxlama matçı keçirməyi planlaşdırır. Lakin bu rəqibin adına hələ aydınlıq gəlməyib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner