"Neftçi" Macarıstan klubu ilə heç-heçə etdi

"Neftçi" Macarıstan klubu ilə heç-heçə etdi
ÖLKƏ FUTBOLU 10 Yanvar 2023 / 19:55 4031
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama matçına çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Vaşaş” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. "Neftçi"nin qolunu 24-cü dəqiqədə Kenni Sayef vurub.

"Vaşaş" Macarıstanın yüksək liqasında çıxış edir və hazırda yerli çempionatda 16 turdan sonra 15 xalla 12 komanda arasında sonuncudur.

Qeyd edək ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi komanda yanvarın 15-də "Medz Leqniça” və “Baçka Topola”, yanvarın 19-da isə “Srvena Zvezda” ilə qarşılaşacaq. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner