"Zirə" Rumıniya klubuna qalib gəldi

"Zirə" Rumıniya klubuna qalib gəldi
ÖLKƏ FUTBOLU 10 Yanvar 2023 / 16:45 4908
-  A +

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk matçına çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi  Rumıniyanın “Çindia” komandası ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib.  "Zirə"nin qollarını Coşqun Diniyev (15-pen.), Toni Qomes (18), Hamidu Keyta (75) vurublar.

"Çindia" Rumıniyanın əsas liqasında mübarizə aparır və hazırda turnir cədvəlində 21 xalla 12-cidir.

Qeyd edək ki, "Zirə" Türkiyədəki hazırlıq proses zamanı daha 2 yoxlama matçı keçirəcək. Rəşad Sadıqovun komandası yanvarın 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq. 

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

 

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner