“Neftçi" millimizin üzvünü transfer etdi

“Neftçi" millimizin üzvünü transfer etdi
ÖLKƏ FUTBOLU 9 Yanvar 2023 / 14:25 4532
-  A +

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Höccət Haqverdi ilə 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı müdafiəçi komandanın heyətində 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib, bu mövsümün ilk hissəsini icarə əsasında Təbriz “Traktor”unda keçirib. O, milli komandamızın heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner