“Rəhbərliklə söhbətimdə çox təəccübləndim. Sanki “Qarabağ” rəhbərliyi ilə danışırdım. O qədər optimistlər, gələcəyə baxışları yaxşıdır ki...”
Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in yeni baş məşqçisi Şahin Diniyev deyib.
Paytaxt təmsilçisinə təyinatı ilə bağlı danışan mütəxəssis “Səbail”in sonuncu pillədə olmasına baxmayaraq, klubun çox iddialı olduğunu bildirib: “Qarabağ” ilk pillədə olduğuna görə bu klubun adını çəkdim. Yəni elə bil sonuncu pillədə olan yox, lider bir klubun rəhbərliyi ilə söhbət edirdim. Mənim planlarım da onların gələcəyə baxışı ilə üst-üstə düşürdü. Şərait baxımından da klubda hər şey var. Buna görə də razılaşdım. Komanda hər gün yeni bir səhifə yazmaq istəyir. Bu yöndə mənim də rolum olacaqsa, nə xoş mənə”.
Şahin Diniyev son olaraq “Kəpəz”i çalışdırıb. 2017-ci ildə Gəncə klubundan ayrılan mütəxəssis qeyd edib ki, bu illər ərzində baş məşqçi kimi çalışmamağı onun üçün heç bir sədd yaratmır: “Bu demək deyil ki, mən bu 5-6 il ərzində hansısa başqa sənətə keçdim, məsələn, tikinti sahəsində çalışdım, futbol qaldı qıraqda. Mən daim futbolun içindəyəm. Bütün çempionat oyunlarını, aşağı yaş qruplarından A millisinə qədər bütün matçları izləyirdim. Buna görə də bir neçə il baş məşqçi kimi çalışmamaq hər hansı bir sədd deyil”.
Ş.Diniyev hazırda Antalya toplanışında olan komandasının hazırlıq prosesindən də danışıb. O, ötən gün Polşa “Legiya”sı ilə 2:2 hesabı ilə başa çatan yoxlama matçı barədə fikirlərini bölüşüb: “Bizim ilk oyunumuz idi. Yükləmələrdən sonra keçirilən matç oldu. Bu, bizim məşq prosesindən biri idi. Yəni bu matça hazırlaşmırdıq. Ancaq belə bir səviyyəli, güclü komanda ilə ilk oyunu keçirmək riskə bərabər idi. Məğlubiyyət psixoloji cəhətdən komandaya təsir edə bilərdi. Şükürlər olsun ki, komanda mən dediklərimi meydanda həyata keçirməyə çalışdı. Mənə elə gəlir ki, oyunumuz da uğurlu oldu. Mənim üçün nəticə vacib deyildi. Buna görə də 23 oyunçunun hamısına şans verdik. Bu cür rəqiblə oyunda ehtiyat etmək olardı. Ancaq biz buna getmədik. Gənc və yaşlı futbolçuların hamısı öz potensialını göstərdi. Artıq bizim əlimizdə futbolçular haqda yetərincə məlumat var. Komanda şəklində harada problemlər olduğunu bilirik. Üstünlüyümüz nədir, onu necə inkişaf etdirmək lazım olduğunu müəyyənləşdirdik.
Həqiqətən də maraqlı bir oyun oldu. Komandamız həm hücumda, həm də müdafiədə yaxşı çıxış etdi. Sürətli keçidlərdə, standart vəziyyətlərdə hər iki komanda yüksək səviyyədə çıxış etdi”.
Transfer işlərindən də danışan Şahin Diniyev heyətə 1 yarımmüdafiəçi cəlb etmək istədiklərini bildirib: “Artıq komandadan gedənlər olmayacaq. Bunu dəqiqləşdirmişik. Cinah yarımmüdafiəçisi mövqeyinə bir oyunçu transfer etmək istəyirik. Bu yöndə danışıqlar gedir. Alınmasa, bu heyətlə davam edəcəyik. Niyə alınmasa deyirəm? Çünki qış transfer dönəmində yaxşı futbolçu tapmaq çox çətindir. Ona görə də risk etmək istəmirəm. Zərgər dəqiqliyi ilə işləməliyik ki, o futbolçu bizə kömək edə bilsin”.
Ramiq Ağaməmmədov
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video