"Turan Tovuz" Rumıniya klubuna uduzdu

"Turan Tovuz" Rumıniya klubuna uduzdu
ÖLKƏ FUTBOLU 9 Yanvar 2023 / 17:48 3761
-  A +

Türkiyənin Antalya şəhərində təli-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

"Petrolul" hazırda Rumıniyanın yüksəl liqasında 30 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Turan Tovuz" yanvarın 13-də İsveçrənin “Aarau” klubu ilə üz-üzə gələcək. Antayla təlim-məşq toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.

8 yanvar

"Turan Tovuz" - "Petrolul" (Rumıniya) - 2:3

Qollar: Nazim Həsənzadə, 5 (1:0), Gicu Qrozav, 27 (1:1), 42 (1:2), Meyjers, 52 (1:3), Ayxan Hüseynov, 86pen. (2:3)

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner