"Səbail"in "Legiya" ilə oyununda 4 qol

"Səbail"in "Legiya" ilə oyununda 4 qol
ÖLKƏ FUTBOLU 8 Yanvar 2023 / 19:58 11941
-  A +

"Səbail" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matına çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Plşa "Legiya"sı (Varşava) ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. "Səbail"in qollarını Qustavo (4) və Mirabdulla Abbasov (81-pen.) vurub.

Bu, komandaya yeni baş məşqçi təyin edilən Şahin Diniyev üçün qeyri-rəsmi də olsa, debüt matçı olub.

Qeyd edək ki, "Səbail" hazırlıq prosesi zamanı daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner