"Son vaxtlar hər oyunda qalib gəlirik" - De Byazi

"Son vaxtlar hər oyunda qalib gəlirik" - De Byazi
ÖLKƏ FUTBOLU 6 Yanvar 2023 / 01:29 3857
-  A +

“Seçmə mərhələdə Belçika, Avstriya və İsveçin də yer aldığı çox çətin qrupda çıxış edəcəyik. Dördüncü səbətdən gəlmişik. Az-çox Estoniya bizim səviyyəmizdə yığmadır. İstənilən halda sonadək mübarizə aparacağıq. Əlimdə olan bütün şanslardan istifadə etmədən heç vaxt təslim olmuram”.

Qol.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Avro-2024-dəki rəqiblərimizi dəyərləndirərkən İtaliya mətbuatına müsahibəsində deyib.

2020-ci ilin avqustundan yığmamızı çalışdıran mütəxəssis millimizdəki işi haqda bunları söyləyib:"Əvvəlcə bəzi problemlər var idi, çünki mentaliteti bərpa etməliydik. Son vaxtlar isə hər oyunda qalib gəlirik. İnanıram ki, belə davam edəcəyik".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner