Ovusu “Qarabağ”dan gedirmi? - Klubdan açıqlama

Ovusu “Qarabağ”dan gedirmi? - Klubdan açıqlama
ÖLKƏ FUTBOLU 5 Yanvar 2023 / 20:09 9077
-  A +

"Qarabağ"dan futbolçusu Kvabena Ovusunun Macarıstanın "Ferentsvaroş" klubu ilə razılığa gəlməsi ilə bağlı Rusiyanın "Sport-Express" qəzetində dərc olunan məlumata münasibət bildirilib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında deyib ki, qanalı hücumçu ilə bağlı onlara heç bir rəsmi təklif gəlməyib:

"O, hazırda komandamızın Antalyadakı düşərgəsindədir. Məşqlərini davam etdirir. Mövsümün sonuna qədər bizim futbolçumuzdur və heç bir yerə gedə bilməz. Hazırda Ovusu ilə bağlı hər hansı bir bir təklif almamışıq".

Qeyd edək ki, Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edir. Ağdam klubu bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşıb (1:1, 1:3). Ovusu Bakıda heç-heçə bitən görüşdə "Qarabağ"ın yeganə qolunun müəllifi olub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner