“Qarabağ” Veşoviçlə müqaviləni uzatdı

“Qarabağ” Veşoviçlə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 5 Yanvar 2023 / 17:26 3798
-  A +

“Qarabağ” futbolçusu Marko Veşoviçin müqaviləsini uzadıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Monteneqrolu müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Xatırladaq ki, Veşoviçin “Qarabağ”la müqaviləsi 2023-cü ilin yayında başa çatırdı. Onun bir neçə klubla danışıq apardığı və Ağdam klubunu tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Qol.az-a müsahibəsində Veşoviçin klubdan ayrıla biləcəyini açıqlamışdı.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner