Kadi “Qarabağ”ın toplanışına qatılmadı

Kadi “Qarabağ”ın toplanışına qatılmadı
ÖLKƏ FUTBOLU 4 Yanvar 2023 / 18:59 3879
-  A +

"Qarabağ"ın futbolçusu Kadi Borges klubun bu gün Antalyada başlayan təlim-məşq toplanışına komanda ilə birgə iştirak etməyib.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, öz ölkələrində olan legionerlər bugündən Antalya toplanışına qatılırlar.

Qol.az-ın əldə etdiyi məlumata görə, K.Borgesin bu qış komandanın təlim-məşq toplanışına qatılacağı gözlənilmir. Braziliyalı oyunçu hazırda Rusiya "Krasnodar"ı ilə danışıqlar aparır. Onun sözügedən klubla müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı oyunçu bu mövsüm 31 oyunda 8 qol  vurub və 11 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner