Şahin Diniyevin köməkçiləri müəyyənləşdi

Şahin Diniyevin köməkçiləri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 2 Yanvar 2023 / 21:44 5555
-  A +

Bu gün “Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin komanda ilə iclası keçirilib. 

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi oyunçularla tanış olub. O, məşqçilər heyətinin yeni üzvlərini komandaya təqdim edib.
 
 Azər Məmmədovla Kərim Diniyev baş məşqçinin köməkçisi, Elmir Xankişiyev fiziki hazırlıq üzrə məşqçi, Fuad Əsədov isə qapıçılar üzrə məşqçi təyin olunub.
 
Xatırladaq ki, “dənizçilər” sabah qış təlim-məşq toplanışı çərçivəsində Antalyaya yola düşəcəklər.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner